Xəbərlər
21.09.2026, 01:48
Hər qadının heç kimin bilmədiyi bir hekayəsi var...
Aygül Bağırova
Hər qadının heç kimin bilmədiyi bir hekayəsi var...Üzündə gəzdirdiyi təbəssümdən daha dərin,gözlərində gizlətdiyi sükutdan daha uzun bir hekayə...
Orada yarım qalan arzular da var, heç kimə danışılmayan günlər.Bir zamanlar bütün dünyaya inanacaq qədər saf olan balaca bir qız da yaşayır o hekayədə, həyatın içindən keçdikcə özünə söykənməyi öyrənən məğrur bir qadın da...
İnsanlar qadının bu gününə baxırlar.Onun bu günə hansı yollardan gəldiyini isə çox az adam düşünür.Neçə dəfə ürəyi ağrıya-ağrıya gülümsəyib...Neçə dəfə hamını düşünüb, özünü sonraya saxlayıb...Neçə dəfə “yoruldum” sözünü dilinə gətirmədən səhəri açıb...Neçə dəfə öz içində dağılıb, sonra saçını düzəldib, üzünə təbəssüm taxıb həyatın qarşısına çıxıb...
Bəlkə qadın ömrünün ən qəribə tərəfi də budur:hamı onun gücünə heyran qalır, o gücün hansı ağrılardan doğduğunu isə özü bilir.Bir vaxt söykənəcək dağ axtarır qadın.
İllər keçir...
Bir gün dönüb arxasına baxanda görür ki, özü neçə ürəyin dağına çevrilib.
Övladının...
anasının...
atasının...
sevdiklərinin...
Hamının yorulduğu yerdə bir az da o dayanıb.Hamının ümidi tükənəndə bir az da o inanıb.Hamının başını qoymağa bir çiyin axtardığı vaxt o öz çiynini verib.
Sonra gecə düşüb...
Ev sakitləşib, səslər çəkilib, hər kəs öz dünyasına qayıdıb.Qadın isə özü ilə tək qalıb.Bax, insanın görmədiyi qadın məhz həmin an üzə çıxır.Güclü qadının içində də həyatın bütün sərtliyindən qoruyub saxladığı kövrək bir tərəf yaşayır.Hamının güclü bildiyi o qadın bəzən bir xoş sözün səmimiyyətini, doğmalarının qayğısını, anlaşılmağın verdiyi mənəvi rahatlığı duymaq istəyir. Çünki güclü olmaq hisslərini itirmək anlamına gəlmir.Onun əsl gücü bu qədər yaşanmışlığın içindən keçib yenə mərhəmətli qala bilməsindədir.Qəlbi qırılıb yenə sevə bilməsində,insanlardan yorulub yenə yaxşılığa inanmasında,ömrü onu sərtləşdirməyə çalışarkən içindəki incəliyi qorumasındadır.
Həyat qadının üzünə bir neçə cizgi əlavə edir, saçına bir neçə ağ tel salır, baxışlarına isə heç bir kitabda öyrədilməyən bir dərinlik verir.O dərinlik yaşın gətirdiyindən çox, yaşanılanların yaddaşıdır.Bəlkə buna görə bəzi qadınların gözlərinə uzun baxmaq çətindir.Orada bütöv bir ömür dayanır...
Gedənlər, qalanlar, susulanlar, bağışlananlar, yarımçıq arzular, gizli dualar və hər şeyə rəğmən sabaha aparılan ümid...
Və bir gün qadın anlayır:
Həyatda ən böyük qələbə hər savaşdan qalib çıxmaqdan daha böyük bir məna daşıyır.Ən böyük qələbə-bu qədər şeydən keçəndən sonra güzgüdəki qadına baxıb onu hələ də sevə bilməkdir.Çünki ömrün sonunda qadının ən uzun yolu heç bir şəhərə, heç bir insana aparmır.
O yol özünə qayıdır...Və həmin gün anlayırsan...
Ömür boyu getdiyin ən uzun yol şəhərlərdən, küçələrdən, insanlardan keçən yol olmayıb.Ən uzun yol öz ürəyinin dərinliyinə enib orada illər əvvəl qoyub gəldiyin qadını yenidən tapmaq imiş.Sən onu çox yerdə unutdun...Övladının qayğısında, ailənin yükündə, başqalarının sevincində, özünün səssiz ağrılarında...
Amma o səni gözlədi.
Bir az yorğun,
bir az kövrək,
bir az da əvvəlkindən müdrik...
İllər sonra qarşılaşdığınız gün güzgüdə üz-üzə dayanıb bir-birinizi tanıdınız.
Və sən anladın:
Həyat səndən çox şey aparıb, amma ən qiymətlisini qoruyub-səni sən edən o ürəyi.İndi heç yerə çatmağa tələsmirsən.Çünki bəzi qayıdışların ünvanı olmur...İnsan uzun bir ömür keçir, min yol gedir, yüz qapıdan keçir və bir gün anlayır ki, taleyin ona saxladığı ən müqəddəs görüş-öz ruhu ilə görüşü imiş.
O gün qadın həyata yenidən başlamır...O gün qadın özünə qayıdır.
Və bəzən bir ömrün bütün mənası, insanın özünə gecikmədən çata bilməsidir...
PS:Bu sətirlərdə özündən bir parça tapdınsa, təəccüblənmə...Bəlkə qadınların hekayələri ayrı-ayrı yazılır,
amma bəzi sətirlərdə hamımızın ürəyi eyni yerdən kövrəlir...

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay