“Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir. Rayon ərazisində ümumilikdə 52 qəzalı çoxmənzilli yaşayış binası var”.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında AQC İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib.

AQC sədri əlavə edib ki, qəzalı binalardan 10-u üzrə sakinlərin köçürülməsi artıq başa çatıb. Daha 7 binada isə köçürülmə prosesinə yeni başlanılıb:

“Hazırda Bakıxanov qəsəbəsində Ramiz Qəmbərov küçəsində yerləşən 6 bina, Aşıqalı küçəsində isə 1 bina artıq sökülüb. Bundan başqa, Həməd Sultanov və Əfəndiyev küçələri və Ramana qəsəbəsi ərazisində 11-ci və 12-ci mədən sahələrində yerləşən qəzalı binalarla bağlı sakinlərin köçürülməsi prosesinə başlanılıb.

Qəzalı binaların sökülməsi zamanı sakinlərə ödəniləcək kompensasiyanın məbləği isə hər ərazi üzrə fərqli müəyyənləşdirilir. Bunun üçün əvvəlcə qiymətləndirmə aparılır. Söküntü ilə bağlı qərar qəbul edildikdən sonra müvafiq qiymətləndirici şirkət tərəfindən mənzillərin dəyəri müəyyənləşdirilir və kompensasiya məbləği hesablanır.

Sabunçu rayonunun ayrı-ayrı ərazilərində yaşayış sahələri üçün kompensasiya məbləği əsasən 1 350-1 500 manat aralığında dəyişir. Rayonun mərkəzinə yaxın ərazilərdə, o cümlədən Mehmandarov və Mədəniyyət küçələri istiqamətində qiymətlər daha yüksək ola bilər”.

V.Oruc əlavə edib ki, qeyri-yaşayış sahələri üçün isə kompensasiyanın yaşayış sahələri ilə müqayisədə təxminən 20-25 faiz daha yüksək olması nəzərdə tutulur:

“Qəzalı binaların sökülməsi və sakinlərin köçürülməsinin qarşıdakı mərhələdə Məmmədəliyev, Mehdi Hüseynzadə, Səməd bəy Mehmandarov, keçmiş Əfəndiyev, hazırda Həsən bəy Zərdabi və Həmid Araslı küçələrində də həyata keçirilməsi gözlənilir. İlkin mərhələdə sökülməsi nəzərdə tutulan qəzalı binaların təxminən 20 faizi Sabunçu rayonunun payına düşür”.

Son xəbərlər

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Floridada “Şahed-136”nın ABŞ klonu tapıldı - Pentaqon susur

Gələn ildən maaşlardan tutulan gəlir vergisi dəyişir - YENİ HESABLAMA QAYDASI

Alim Qasımov Üzeyirlə duetindən danışdı

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930