Turaztv.az » Xəbərlər » Gələn ildən maaşlardan tutulan gəlir vergisi dəyişir - YENİ HESABLAMA QAYDASI
Xəbərlər

Gələn ildən maaşlardan tutulan gəlir vergisi dəyişir - YENİ HESABLAMA QAYDASI

21.09.2026, 13:41 1
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdirilir.

Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulan gəlir vergisi məbləğləri aşağıdakı pilləli sistem üzrə hesablanacaq:

2500 manatadək olan hissəyə: 5 faiz dərəcə tətbiq olunacaq;

2500 - 8000 manat arası olan hissəyə: 125 manat + 2500 manatdan çox olan məbləğin 10 faizi tutulacaq;

8000 manatdan çox olan hissəyə: 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi vergiyə cəlb ediləcək.(“Yeni Sabah”)

Oxşar xəbərlər