Xəbərlər
15.09.2026, 14:45
Qarabağ və Şərqi Zəngəzura səfər xarici diplomatlara bölgədəki reallığı yerində müşahidə etməyə imkan yaradır ŞƏRH
Novruzəli Aslanov
Milli Məclisin deputatı
Sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri keçirildi. 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərin iştirakı ilə baş tutan səfəri ilk baxışda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin nümayişi kimi qiymətləndirmək olar. Lakin səfərin siyasi və diplomatik əhəmiyyəti daha genişdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov söyləyib.
O bildirib ki, belə səfərlər diplomatik korpusun Qarabağdakı reallığı birbaşa yerində müşahidə etməsinə imkan yaradır. Xankəndidə yeni nəqliyyat infrastrukturu, Qarabağ Universiteti, mədəniyyət və sosial obyektlər, Kəlbəcərdə isə iqtisadi fəaliyyət və turizm potensialı ilə tanışlıq Azərbaycanın əsas mesajını — müharibədən sonrakı mərhələnin quruculuq və reinteqrasiya mərhələsi olduğunu — əyani şəkildə göstərir.
“Səfərin miqyası onu adi diplomatik səfərdən daha geniş platformaya çevirir. 58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı müxtəlif dövlətlərin diplomatlarına bölgədə gedən prosesləri öz müşahidələri əsasında qiymətləndirmək imkanı verir. Bu isə Azərbaycanın beynəlxalq kommunikasiya imkanlarını genişləndirir. Bu baxımdan səfər həm də bölgədə formalaşmış yeni siyasi və hüquqi reallıqların diplomatik müstəvidə təqdimatı kimi qiymətləndirilə bilər.
Səfər, həmçinin “Qarabağda nə baş verir?” sualına verilən cavabın dəyişdiyini göstərir. Münaqişə illərində əsas gündəm status, təhlükəsizlik, ərazi bütövlüyü və humanitar məsələlər idi. İndi isə ön plana şəhərlərin bərpası, nəqliyyat, təhsil, iqtisadi fəaliyyət, turizm, mədəni irsin qorunması və keçmiş məcburi köçkünlərin qayıdışı çıxarılır. Bu baxımdan, səfər yalnız “göstərmə” xarakterli tədbir deyil, postmünaqişə diplomatiyasının da alətidir”, - deyə N.Aslanov vurğulayıb.
Deputat əlavə edib ki, səfər çərçivəsində Gəncəsər və Xudavəng monastırlarının ziyarəti Qarabağdakı tarixi-mədəni irsin beynəlxalq auditoriyaya təqdim edilməsinə xidmət edir. Bu abidələrin xarici diplomatlara göstərilməsi bölgənin zəngin və çoxqatlı tarixi barədə birbaşa təsəvvür formalaşdırmaq baxımından əhəmiyyətlidir. Eyni zamanda, mədəni irsin qorunması və bərpası Azərbaycanın Qarabağda həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biri kimi təqdim olunur. Bu baxımdan, səfərin digər mühüm istiqaməti Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni reallıqların beynəlxalq diplomatik dairələrə birbaşa çatdırılmasıdır. Diplomatların bölgədə aparılan quruculuq işləri ilə yerində tanış olması Azərbaycanın bərpa, reinteqrasiya və regional inkişafla bağlı mövqeyinin daha dolğun şəkildə təqdim edilməsinə imkan yaradır. Eyni zamanda, bu səfərlər Qarabağın yalnız keçmiş münaqişə ilə deyil, yeni iqtisadi, sosial və humanitar imkanlarla xarakterizə olunan bir region kimi təqdim edilməsinə xidmət edir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay