Xəbərlər
21.09.2026, 21:28
"Google" 403 milyon avro cərimələndi
İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası (DPC) “Google” şirkətini istifadəçilərin məkan məlumatlarının emalı ilə bağlı pozuntulara görə 403 milyon avro cərimələyib.
Bu barədə “RTE” telekanalı məlumat yayıb.
Araşdırma zamanı müəyyən edilib ki, istifadəçilər məkan məlumatlarının reklamların nümayiş etdirilməsi və maraqlarının müəyyənləşdirilməsi üçün istifadə olunduğundan xəbərsiz olublar. Komissiyanın fikrincə, bu hal istifadəçilərin şəxsi məlumatlarına nəzarət imkanlarını məhdudlaşdıra bilər.
Araşdırmaya 2020-ci ilin fevralında bir neçə Avropa istehlakçı hüquqlarının müdafiəsi təşkilatının “Google”un məkan məlumatlarını emal etməsi ilə bağlı şikayətlərindən sonra başlanılıb.
DPC “Google”a həmçinin məlumatların emalı sistemini altı ay ərzində qanunvericiliyin tələblərinə uyğunlaşdırmağı tapşırıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay