Turaztv.az » Xəbərlər » Həcər sizə sirr desin?. - FOTO
Xəbərlər

Həcər sizə sirr desin?. - FOTO

21.09.2026, 02:04 2
Həcər sizə sirr desin?. - FOTO
HƏCƏR QƏBƏLƏ.

ÇIXIR..

Gecə baxmır gündüzə.
Yanır, çıraqdan çıxır.
Öyrəniblər min üzə.
Gecə qucaqdan çıxır.

Ay "kişilər" "qadınlar".
"Nə'şəsiniz" ya "qumar"?
"Beş" arvad saxlayanlar.
Küncdən, bucaqdan çıxır.

Qəlb evi viranələr.
Sərsəri, divanələr.
Uçuq, sökük xanələr.
Sönmüş ocaqdan çıxır.

Qabar tutmuş əlləri.
Zəhməti, alın təri.
Yanıb, soyulan dəri.
Əyri ağacdan çıxır.

Pərən-pərəndir ölkə.
Dedim; düzələr bəlkə?
Məni izləyən kölgə.
Teldən, daraqdan çıxır.

Ay vicdanı xəstələr.
Hey çirkab bəsləyənlər.
Namusun itirənlər.
Gəlin, duvaxdan çıxır.

Həcər sizə sirr desin?.
Hansınıza "pir" desin?
Tikib həya pərdəsin.
Həkim otaqdan çıxır.


20.09.2026..

Oxşar xəbərlər