Turaztv.az » Xəbərlər » Portuqaliya Ronaldosuz qalib gəldi
Xəbərlər

Portuqaliya Ronaldosuz qalib gəldi

28.09.2026, 01:24 1

Millətlər Liqasının qrup mərhələsinin ikinci tur matçında Portuqaliya Norveçi məğlub edib.

"Unikal" xəbər verir ki, Norveçin Oslo şəhərindəki Ullevål stadionunda keçirilən matç 1-2 hesabı ilə başa çatıb. Portuqaliya 17-ci dəqiqədə hesabı açıb: Joau Feliks Pedro Netodan ötürmə ilə qol vurub. Norveç 51-ci dəqiqədə Erlinq Holandın qolu ilə hesabı bərabərləşdirib.

Üç dəqiqə sonra Qonsalo Ramos Portuqaliyanı irəli çıxarıb.

Oxşar xəbərlər