Şərafəddin İLKİN - 60

SƏSİ GÖYLƏRDƏN GƏLƏN ŞAİR...
(Boranlı, qarlı qışdan,Elə payız yaxşıdı)


Heç vaxt bitməyəcək ömrünün 60-cı ili də tamam olur, ay Şərafəddin. Bir neçə gündən sonra 61-ci yaşın başlayacaq.
Əbədi olacağına qəlbən inandığım həyatının bizim olmadığımız günlərdə yeddinci onillik də bitəcək, səkkizinci, doqquzuncu, onuncu onillik də başlayacaq.

Gələcəkdəkilər mütaliə edəcəklər Şərafəddin İlkini, duyğulanacaq, zövq alacaq, iftixar edəcək ki, bu millətin belə gözəl söz sahibləri var.
Amma o gələcəkdəkilərin heç biri bizim qədər xoşbəxt olmayacaq.
Axı biz Şərafəddin şairlə eyni illərin, günlərin içərisində yaşadıq, ona nəfəsini duyacaq qədər yaxın olduq.
Axı o bizimçün yalnız bir böyük sənətkar yox, həm də doğmamızdır.
... Şərafəddin şairin ömrü boyu ən çox minnətdar olduğu varlıqlardan biri sözdür, etibarlı dostu qələmdir və sözün, qələmin borcundan çıxmaqçün onun gördüyü iş yalnız yazmaqdan ibarət deyil.

İstedadlı yazarlar həmişə hazırcavab olurlar – Şərafəddin İlkin kimi...

Şərafəddin qardaşım (bu sözü hamı haqqında işlətmirəm, ümumiyyətlə, hər kəsə qardaş demirəm) sözünün yerini bilən, hansı sözü hansı məqamda dilə gətirməyi, hansı şəraitdə susmağın daha məsləhət olduğunu yaxşı hiss edən bir insandır.
İstedadlı yazarlar həmişə hazırcavab olurlar. Şərafəddin İlkində bu bacarıq digərlərindən xüsusi seçilir. Elə bil Allah bu qabiliyyəti ona uşaqlıqdan verib. O, sadəcə, yazmır, oxumur, nəfəs alır yazdığı sətirlərdəki duyğularla.
Payızda doğulmuşam,
Bənzəyirəm payıza.
Kömür bəxtim qoymadı
Talehimə gün sıza.

Payıztək dəli-dolu,
Payız kimi kovrəyəm.
Qəlbim qəm yuvasıdı,
Nalələr ötən neyəm.

Payız buludu kimi
Dolub, boşalmağim var.
Payızın bircə dərdi,
Mənim milyon dağım var.

Xəzan vurub ömrümün
Bağçasını, bağını.
Boş yerə əritmişəm,
Ürəyimin yağını.

... Qızıl payız deyirlər,
Xəzəlləri naxşıdı.
Boranlı, qarlı qışdan,
Elə payız yaxşıdı.
(“Payız kimi kövrəyəm”)


Ömürnaməsi bizə nə deyir

Şərafəddin İlkin (Şərafəddin Sudeyif oğlu Həsənov) 29 oktyabr 1965-ci ildə Masallı rayonun Bədəlan kəndində anadan olub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Neft-Kimya texnikumuna daxil olub. 1983–1985-ci illərdə keçmiş sovet ordusu sıralarında xidmət edib. 1987-ci ildə texnikumu bitirdikdən sonra Masallı rayonundakı 1 nömrəli çay fabrikində əmək fəaliyyətinə başlayıb. Qiyabi təhsilini Azərbaycan Pedaqoji Universitetində davam etdirib. 1993-cü ildən mətbuatdadır. "Vaxt", "Həyat", "Ekologiya", "And", "Azərbaycan müəllimi" qəzetlərində, "Azərbaycan təbiəti" və "Orta təhsil" jurnallarında işləyib.
Bədii yaradıcılıqla orta məktəb illərindən məşğuldur. "Göz gözə yalan deməz", "Gözlərinə de ki..." və "Mən səndən küsmədim ki" şeirlər kitabının, yüzdən çox populyar mahnının müəllifidir. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. 2020-ci ildə Prezident təqaüdünə layiq görülüb.
Ailəlidir. Bir qızı, bir oğlu, bir nəvəsi var. Həyat yoldaşı və oğlu ali təhsilli müəllim, qızı həkimdir.

İtkilərlə dözə bilməyən, yoxluqlara alışmayan Şərafəddin İlkin


Ş.İlkin bu gün də eşq əhlidir. Hazırda da ürəyi məhəbbətlə çırpınır. İndi də söz sənəti, ədəbiyyat üçün çalışır. Mən onu 30 ildən artıqdır ki, tanıyıram. 30 ildən artıqdır ki, eyni yolu qoşa addımlayırıq. 30 ildən artıqdır ki, mətbuatda sözümüzü deyir, qoşub yaradırıq. O bu gün də yetərincə gümrah və qıvraqdır.
O, Əməkdar artist Baloğlan Əşrəfovla və müğənni Şahin Ağayevlə yaxın dost olub. Başabəla koronavirisunnn hələ də davam etdiyi pandemiya dövründə əvvəlcə Şahin Ağayevi, bir il sonra isə özü, səsi, varlığı ilə nəfəs aldığı Baloğlan Əşrəfovu itirən Şərafəddin bu yoxluğa hələ də inanmır, bu itkilərlə barışa bilmir. Hər dəfə onlardan söz düşəndə kövrəlir, həyəcanlanır, göz yaşlarını saxlaya bilmir. Bu itkilərdən sonra o, elə də gözümə dəymir. Bəlkə də keçirdiyi hissləri sezdirməmək üçün məndən qaçır. Haradasa başa düşürəm. Amma...
Yaxın qohumu, dostu, qardaşı Baloğlan müəllim haqqında mətbuatda yazdığı bir fikrə rast gəldim. Onu olduğu kimi oxucularımızın nəzərinə çatdırmaq istəyirəm: “Sabah sənin doğum günündü. Nədənsə verlişlərini bəzədiyin, həmişə sənə ad günü keçirmək üçün dəridən-qabığdan keçən televiziyalardan səs-soraq çıxmadı bu il (Baxmayaraq ki, bir neçəsinə xatırlatmışdım da). Ölümün üzünün soyuq, sərt olduğunu bilirdim. Amma insanların bu qədər dönük olduğuna inanmazdım. Axı, sən nə dönük idin, nə də insanlara sevgində soyuq oldun. Sən sevgi dolu, nəğmə dolu bir dünyaydın. Adın kimi BALOĞLANdın...
Hər il oktyabrın 8-i üçün xüsusi planlarımız olardı. Verlişlərdən sonra dostlarla bir yerdə süfrə arxasında oturmağı sevərdin. Həmişə bayram kimi gözlədiyim bu günü çox hüznlə qarşılayıram daha. Sənsiz oktyabrın 8-i öz mahiyyətini itirmiş oldu sanki. Mənimçün bu dünyanın bayramı da səndin, mənası da. Sənsə mənalı, bayram dolu dünyamı alt-üst edib getdin, Bali. Bəlkə də 70 illik yubileyini görsəydin, bu qədər təsir etməzdi yoxluğun. Çünki o yaşa gözləntilərin, arzuların çox idi. Amma ürəyinə daman "Mən 70 yaşımı görmərəm" fikri duyğularına hakim kəsilmişdi. Şübhələrin düz oldu. 70 illik yubileyini keçirməyə fələk aman vermədi sənə. Sabah sənin dünyaya gəlişinin 73 ili tamam olur. Amma yaşın 69-u keçə bilmir.

Çox heyif səndən, çox heyif...


Cənnətdəki doğum günün mübarək olsun mənim əziz dostum, sirdaşım, arxam-dayağım, ustadım, bir an belə yaddan çıxara bilmədiyim Baloğlan qardaşım.
Heyif səndən, çox heyif...
7 oktyabr 2024-cü il”.

Arada telefonla danışır, hal-əhvallaşırıq. Onun səsindəki qırıqlığı sezsəm də. Biruzə vermirəm. Dərdi təzələnməsin deyə. Amma bu dərd təzələnmir, heç yaddan da çıxmır. Bir söz deyə bilmirəm. Əlimdən nə gəlir ki? Görüşəndə yəqin ki, gözlərinə baxa bilməyəcəyəm. Elə bil bir neçə öncə ilki Şərafəddin deyil.
Bu neçə ildə birdən-birə sanki neçə yaş qocalıb, səsi də heysizləşib... Bir dəfə bu barədə söz düşəndə telefonla deməyə dərindən-dərin ehtiyac duyduğu bu sözləri dilə gətirdi, etiraf etdi: "Dəhşətdir dəhşət! Dözmək mümkün deyil!.."
O da, mən də qəhərləndik...

Elə darıxıram anamdan ötrü...


Torpağın yox, əslində vaxtın üzü soyuqdur. Yel kimi uçub gedir, hər acını da, ən yeridoldurulmaz itkiləri də soyudur, unutdurur.
Mərhum anasını isə xatırlayarkən, yar edərkən həmin günlər kino lenti kimi gözlərində canlanır, o günlərin acısı dilinə gəlir: “... Hələ bir azdan gələcək ölüm xəbərin. Əvvəlcə başa düşmürəm. Sonra dəli bir hıçqırıq çıxacaq məndən. Evimdə təmir işi aparan ustalar təəccüblə üzümə baxıb, nə baş verdiyini öyrənmək istəyəcəklər. "Anam getdi" deyib qışqıracağam...
O dəhşətli hadisədən altı il keçir. Bu altı ildə altı dəqiqə belə yadımdan cıxmamısan. Məhz bu gün mən "böyüdüm". Məhz bu gün dünya dəyərdən düşdü gözümdən. Heç kim sən ola bilmir, əziz anam, heç kim....
Bilirəm cənnətdəsən. Amma yenə də bizdən ötrü nigaran olduğunu da bilirəm.
Cənnətdəki doğum günün mübarək, əziz anam!
Ömrümün çırağı sönüb, nə vaxtdı,
Elə darıxıram anamdan ötrü.
Gündüzüm gecəyə dönüb, nə vaxtdı,
Elə darıxıram anamdan ötrü.

Könlümə ən doğma, ən yaxın kəsin,
Fələk üstümüzdən çəkdi kölgəsin ...
Səsi qulağımdan getmir ki, gəlsin,
Elə darıxıram anamdan ötrü.

Sanmayın biganə, ya qəlbi daşam,
Kədərə həmdəməm, qəmə sirdaşam.
Hər gün qaş qaralıb, düşəndə axşam,
Elə darıxıram anamdan ötrü.

Kimdi anam kimi anlasın məni?
Fikrində mən olum, hey ansın məni ...
Razıyam, uşaq tək danlasın məni,
Elə darıxıram anamdan ötrü.

Könlüm istəyəni edə bilmirəm,
Əlacı nədədi, nədə? bilmirəm ...
Ata ocağına gedə bilmirəm,
Elə darıxıram anamdan ötrü.

Bağçam xəzan olub, gülüm yox əkəm,
Taqətim qalmayıb həsrətin çəkəm ...
Onsuz bu dünyada tənhayam, təkəm,
Yaman darıxmışam anamdan ötrü,
Elə darıxıram anamdan ötrü.[/color
]

29 avqust 2024-cü il”.

Artıq hər iki məşhur sənətkarla ayrılıqdan da xeyli zaman keçir. İnsanıq, bu yoxluqlara da alışmışıq, bu itkilərlə də barışmışıq.
Deyir ki, hərçənd müxtəlif söhbətlərimizdə, yaddaşlarımızda, gündəlik həyatımızda Baloğlan və Şahin elə indi də hər gün onunladır...

Sən hamımızın - BÜTÜN TÜRK DÜNYASInın fəxrisən

Onun bir dostu da var, adı Mübariz, soyadı Mənsimovdur. Bu günlərdə Türkiyə yaşayan həmyerlimizin ziyarətindən qayıdıb. Soruşanda həmişə belə deyir dostu haqqında: “Sadə, zəhmətkeş bir ailədə göz açdın dünyaya. Adını MÜBARİZ qoydular. Atan Qurban kişi, anan Zümrüd xanım əllərinin qabarıyla böyütdü səni. El-obaya, vətənə sevgi aşıladılar sənə. Əvvəl evin, sonra qohumların, sonra el-obanın, sonra da bütün Azərbaycanın sevimlisi oldun. Adın kimi mübarizliyin səni sevənlərinin coğrafiyasını daha da genişləndirdi. Bu gün bütün TÜRK DÜNYASInın qürur duyduğu bir ŞƏXSİYYƏTsən. İmkanların genişləndikcə sadəliyin, mərhəmətin də artdı. Tale hər cür sınaqdan çıxarıb səni. Dost bildiklərinin naxələfliyini də görmüsən, şərlənib məhbəs həyatı da yaşamısan. Lakin bütün bunlar sənin insalara, vətənə olan sevginə xələl gətirə bilməyib. Əksinə, daha da MÜBARİZləşmisən...
Sənə naxələf çıxanlar barmaqla sayılan, sevənlərinsə milyonlarladı.
Sevinirəm ki, səninlə ünsiyyətdə olmuşam. Dövrümüzün ən böyük iş adamıyla münasibətim var.
Sən hamımızın - BÜTÜN TÜRK DÜNYASInın fəxrisən. Arzu edirəm qəlbini bürüyən mərhəmət hissi, vətənpərvərliyin, insanlara olan sevgin və insanların sənə olan məhəbbəti tükənməsin. Canınından çox sevdiyin vətənin, əzizlərin həmişə var olsun. Həmişə ümid, güman yeri olasan. Səninlə qürur duyur, fəxr edirəm”.
Şərafəddin İlkin mənimçün elə bütöv və miqyaslı şəxsiyyətdir, yaradıcı insandır, istedadlı söz və qələm sahibidir ki, onun haqqında bir kitablıq da yazmaq olar, iri bir məqalə də.
Həmin qələmin sahibi Şərafəddinin iç, sənət dünyasına bələd adamdırsa, nə həcmdə yazmağından asılı olmayaraq mütləq sevimli surətin hansısa başlıca cizgilərini canlandırmağı bacaracaq.

Öz varlığında yaxşı adam


Onu yaxından tanıyanların da, uzaqdan bələd olanların da, hətta birbaşa, canlı yox, televiziya ekranından müşahidə edənlərin də hamısı təsdiqləyərlər ki, Şərafəddin İlkin bilikli adamdır, yaxşı şairdir, insanlığına da söz ola bilməz.
Yaxından tanıyanların dilində Şərafəddin İlkin haqqında bu fikirlərin səslənməsində təəccüblü heç nə yoxdur. Çünki ortada 35 ilə yaxın zaman kəsiyində davam edən yaradıcılıq yolu boyunca yazdığı dəyərli əsərlər, kürsülərə qalxanda istənilən mövzuda gözəl Azərbaycan dilində səlis, rəvan, cazibəli nitqi var ki, şairliyi barədə aydın şəhadət verir.
Onunla birgə işləyənlər, yol yoldaşı, qonşu olanlar səmimiyyətini, mehribanlığını, tikansız insan olduğunu etiraf edirlər.
Və bu keyfiyyətlər Şərafəddin qardaşımızda o qədər qabarıqdır ki, lap üz-üzə ünsiyyətdə olmayanlar da televiziya ekranından, tədbirlərin təşkil edilidiyi tamaşa salonlarından onu seyr edərkən, radioda sifətini görməyib səsini eşidərkən belə həm mükəmməl savadını, haqqında bəhs etdiyi mövzulara incəliyinə qədər bələdliyini, həm də səsinin həlimliyindən, istiliyindən qəlbindəki hərarəti, təbiətindəki gizlədilməsi mümkünsüz qabarıq rəhmdillik ovqatını hiss edə bilərlər.
Şərafəddin İlkin hamımınkı hesab edlə bilən az adamlardan, nadir söz sahiblərindən, öz varlığında yaxşı adam və yaxşı şair anlayışlarını üzvi şəkildə qovuşdurmağa nail olmuş təklərdəndir.
Şərafəddin İlkinə bağışlanmış iki insan ömründən biri...
Şərafəddin İlkin 60-cı payızını yola salır. Elə mən də bu yay 60-a əlvida dedim. İkimiz də eyni ilin adamlarıyıq. 60 il az deyilsə də, bunu iki ömür qədər uzun müddət də saymaq düz olmaz. Mən 60 rəqəmini dilimə gətirəndə Şərafəddinin yaşadığı həyatın mündəricəsini, mahiyyətini, siqlətini nəzərdə tuturam.
Bu ilk növbədə işıqlı, xeyirxah, nəcib bir Azərbaycan kişisinin ömrüdür.
O, rəvan, əziyyətsiz həyat sürməyib. Heç vaxt ruhdan düşməyərək, sınmayaraq addım-addım irıliləyib, məqsədlərinə çatmaq üçün çalışmaqdan heç vaxt usanmayıb. Ən mühümü isə həyatı boyu rastlaşdığı xoşagəlməz münasibətlər, sərt davranışlar, bədxahlıqlar onu daxilən küskün edə, qabalaşdıra, qəddarlaşdıra bilməyib.
O mülayimlik, o səbirlilik, o qılıqlılıq, o xoşrəftarlılıq ki, Şərafəddində var, deyərdin bu insanın ömrü elə həmişə naz-nemət içində, rahatdan-rahat ötüşüb. Əslində isə bunun tam əksi olub axı!
Pərvərdigarın vaxtilə anasının duasını eşidərək Şərafəddin İlkinə bağışladığı iki insan ömründən biri onun sürdüyü böyük alim həyatıdırsa, Allah töhfəsi sayılası ikinci ömrü də örnək insan həyatını yaşamasıdır.
İki paralel və bir-birinə dayaq olan ömür...
Demək, Şərafəddinə əslində elə anasının niyyət etdiyi kimi iki həyat nəsib olub və o, 60 illik deyil, 120 illik uzun ömür sürüb.
Fəqət, bir tərcümeyi-hal içərisindəki o iki ömür bu gün öz axarı ilə davam etməkdədir.
Çünki üçüncü ömür başlanğıcını götürüb...


Daşdəmir ƏJDƏROĞLU.
Jurnalist
























































Son xəbərlər

Bu gün açılan muzeydə bütün şəhidlərimizin adı var… - Fotolar

Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi parad keçirilir - CANLI

Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR

Ərdoğan Bakıya çatdı - Fotolar

UNESCO neyrotexnologiyaların etik aspektlərinə dair ilk qlobal standartı qəbul edir

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdilər - FOTOLAR

Prezident və birinci xanım Ulu Öndərin məzarını ziyarət etdilər - FOTOLAR

Parad niyə saat 1-də başlayacaq?

Türkiyə XİN-dən Zəfər Günü ilə bağlı paylaşım - Foto

Leyla Əliyevadan Zəfər Günü ilə bağlı paylaşımı

Mehriban Əliyeva Azərbaycan xalqını TƏBRİK ETDİ

Şuşanın azadlığının 5-ci ili...

“Son beş ilin tarixi Zəfər tarixidir” - Video

Zəfər Günümüz mübarək!

NDU-da 811 tələbənin iştirakı ilə “Zəfərin 5 ili” adlı fləşmob keçirilib

XRİTDX-nin rəisi: Kibermühitin qorunması da strateji əhəmiyyət daşıyır

“Heç bir ABŞ rəsmisi G20-də iştirak etməyəcək”

Türk rep tarixində ilkə imza atdı

Danimarkada 15 yaşdan kiçik uşaqlara sosial mediadan istifadə qadağan edilir

"Ermənistan ərazi iddialarını tam şəkildə aradan qaldırmalıdır" - Bəyanat

Azərbaycan idmançıları paraddan keçdilər - VI İslam Həmrəyliyi Oyunları + Foto

Messi Türkiyə liqasında çıxış edə bilər

Azərbaycan XİN Zəfər Günü münasibətilə bəyanat yayıb

Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

Azərbaycan Zəfər Gününü qeyd edir

Brüs Uillis çimərlikdə görüntüləndi - Fotolar

Gəncə terrorunda valideynlərini itirən Sevil ana oldu

Öldürüləcəyini deyən Paşinyana İlham Əliyev hansı cavabı verib? - Ceyhun Bayramov açıqladı

Bütün xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930