Yay gecələri, ilıq küləklər,
Sahil boyunca dalğalar danışır.
Qumun üstündə
İzlərimiz itir,
Sanki Ay yavaş-yavaş enir.
“Mən yaxşıyam, sən necəsən?”- deyir külək,
Uzaqlardan səs kimi gəlir.
Cavab vermirəm, ya bəlkə
Dəniz cavab verir...
İsti küləyin öpüşü
Dalğaların diliylə silinir.
Gecə köynəyi kimi, qumaş ləpələr
Saçlarımdan sürüşür, topuğuma düşür...
Bədənimdə duz qoxusu, xatirə izi...
Ulduzlar suya düşüb titrəyir,
Sanki göy də
Dənizə yaxın gəlir.
Gecə çimərlikdə uzanır sakit-sakit,
İsti hava hələ Günəşin
Nəfəsini saxlayır.
Manqalın köz qoxusu qalxır göyə,
Gülüşlər qarışır dalğaların ritminə.
Samovar qaynayır kənarda ağır-ağır,
Fincanlara çay süzülür söhbət kimi isti- isti.
Hamı öz aləmində-
Biri gülür, biri susur, biri uzaqlara baxır,
Sanki hər kəsin içində
Ayrı bir dəniz var.
Qamış evciyin altında kölgə yellənir,
Külək onu bir az xatirəyə çevirir,
Bir az sevgiyə, nəvazişə,
Bir az da yuxuya...
Səs-küy də qəribədir -
Bu səs-küy sükut kimidir burada,
Çünki gecə hər şeyi özünə bənzədir,
İsti, yavaş və bir az da sehrli, sirli...
Dalğalar sahilə dəyib geri çəkilir,
Elə bil bizə pıçıldayır:
Bəzi gecələr xatirə olmaq üçün yox,
Ömür boyu ürəkdə qalmaq üçün yaşanır.
“Mən yaxşıyam, sən necəsən?”- deyir külək,
Uzaqlardan səs kimi gəlir.
Cavab vermirəm, ya bəlkə
Dəniz cavab verir...

Son xəbərlər

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Etibarın siması

Lilpar CƏMŞİDQIZI : QƏZƏL - FOTO

“Sadəcə bir səhv...” - Qurban Qurbanov

16 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış

Əzizə Ağahüseynqızı : Suraxanı rayonu Heydər Əliyev mərkəzində Dilimizlə bağlı maraqlı tədbir keçirildi.. - FOTOLAR

Bənizə 10 il 3 ay həbs cəzası verildi

BAĞIŞLA MƏNİ, ROMEO!

“Yutub” bu süni intellekt videolarına pul verməyəcək

Yeni “Ceyms Bond” kim olacaq?

Kiberhücumçular brauzer yeniləməsi adı ilə virus yayırlar

Hər gün dondurma yeyənləri nə gözləyir? - VACİB XƏBƏRDARLIQ

50 illik Yubileyin mübarək Şəhla xanım! - FOTO

Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır

Rəşad Məcidin etirazı TikTok-a deyil, səthi düşüncə mədəniyyətinədir

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır

Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər

7 yaşlı oğlan qıcolmadan öldü

Bu gün çimərliyə getmək istəyənlərin diqqətinə!

Bu qəsəbənin illərlə bitməyən avtobus dərdi: AYNA hökuməti ittiham etdi

Ali təhsil iş tapmağa kifayət edirmi?

Pensiya alanların nəzərinə

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31