Gənc şair Səmoxan Davud Sədai yaradıcılığı haqqında bir neçə söz

Müasir Azərbaycan poeziyası daim yeni nəfəs, yeni söz axtarışındadır. Bu axtarışların içərisində özünəməxsus poetik duyumu, səmimi ifadə tərzi və həyat hadisələrinə fərqli baxışı ilə seçilən gənc qələm sahibləri diqqəti cəlb edir. Səmoxan Davud oğlu Babayev (Sədai) də bu nəslin ümidverici nümayəndəsi kimi oxucunun yaddaşında iz salmağa çalışan istedadlı gənc şairlərdəndir.
Onun yaradıcılığının əsas məziyyəti duyğuların təbii və səmimi şəkildə ifadə olunmasıdır. Şair süni pafosdan uzaq dayanaraq insanın daxili aləmini, sevincini, nisgilini, vətən sevgisini, ana məhəbbətini və həyat həqiqətlərini sadə, lakin təsirli poetik dillə təqdim etməyə çalışır. Bu səmimiyyət oxucu ilə müəllif arasında mənəvi körpü yaradır və şeirlərin emosional təsir gücünü artırır.Səmoxan Sədainin poetik düşüncəsində Vətən anlayışı xüsusi yer tutur. Onun misralarında torpağa bağlılıq, milli-mənəvi dəyərlərə hörmət, şəhidlərin əziz xatirəsinə ehtiram və Azərbaycanın gələcəyinə inam hiss olunur. Bu mövzular yalnız çağırış xarakteri daşımır, eyni zamanda müəllifin daxili inamından və vətəndaş mövqeyindən qaynaqlanır.

Şairin lirikasında sevgi də özünəməxsus çalarlarla təqdim edilir. Onun sevgi mövzulu şeirlərində zahiri gözəllikdən daha çox mənəvi saflıq, sədaqət, həsrət və insan qəlbinin incə çırpıntıları ön plana çıxır. Bu xüsusiyyət onun poetik dünyasının emosional zənginliyini göstərir.
O, bədii təsvir vasitələrindən yerində istifadə etməyə çalışır. Təbiət obrazları, simvolik ifadələr və təşbehlər şeirlərin bədii-estetik dəyərini artırır. Eyni zamanda müəllifin dili sadə və anlaşıqlıdır ki, bu da müxtəlif yaş qruplarından olan oxucuların onun poeziyasını rahat qavramasına imkan yaradır.
Hər bir gənc yaradıcı kimi Səmoxan Sədainin də qarşısında böyük inkişaf yolu dayanır. Yaradıcılıq axtarışlarını davam etdirməsi, poetik üslubunu daha da zənginləşdirməsi və bədii təfəkkürünü daim təkmilləşdirməsi onun gələcəkdə daha sanballı əsərlərlə Azərbaycan ədəbiyyatına töhfə verəcəyinə ümid yaradır.


TANIŞLIQ:

Səmoxan Davud oğlu Babayev 20 may 2004-cü ildə Şamaxı rayonunda anadan olub. 2010-cu ildə Göylər kənd 1 saylı tam orta məktəbinə daxil olub, 2021-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. Həmin ildə Bakı Dövlət Universitetinin Geologiya və geofizika mühəndisliyi ixtisasına daxil olub. 2025-ci ildə həmin universitetin yüksəknəticəli məzunu kimi ali məktəbi bitirib.

Poeziyaya orta məktəbdə oxuyarkən maraq göstərməyə başlayıb. Zaman keçdikcə müxtəlif şairlərin, qələm sahiblərinin yaradıcılığına nəzər salıb, mütaliə edib və öyrənərək nəyisə özü üçün götürməyə çalışıb. Bir müddət sonra şeir və qəzəllər yazmağa başlayıb. Sədai təxəllüsü ilə yazdıqlarının çoxu klassik üslubdadır. Çağdaş dövrdə gənc və yaşlı yazarlardan bəhrələnmək və gələcəkdə bacarığı daxilində inkişaf etmək istəyir. Bu məqsədlə də üzərində gərgin şalışır.
Bu xoşməramlı uğur sözlərindən sonra onun şeirlərini oxucularımızla da tanış edirik:


SÖZ

Hər sözü səsdi düzəldən, yenə hər bir səsi söz,
Elə söz kəşf elə bihuş eləsin hər kəsi söz.

Demə hər yerdə hər insan sözə qiymət verməz,
Çalış olsun dilinin həm qapı,həm pərdəsi söz.

Necə mizraba könül sirdaşı tar seçdi özün,
Eyni hər misranın axırda olub naləsi söz.

Surəti qeybə çəkilmiş yenə mən bəxtiqara,
Ama dövrani-məhəbbətdə qalıb kölgəsi söz.

Bu qəzəl mülkünə hər sözdü qənimət sayılan,
Qoyma mülkündən aparsın bir ovuc özgəsi söz.

Etdi dövrani cahandan nəqədər sirri bəyan,
Qaldı bəlkəmdə ömürlük ona sərmayəsi söz.


... sən

Uysa, öz nəfsinə dünyaya könül salsa, tamah,
Rəhm et ey sevgili yar, rəhm elə ey sevgili mah.
Al bu zülmət gecələrdən bizə ver nurlu sabah,
Etmə dünyaya uyan bəndələrindən məni sən,
Qoyma hicranda boğulsun bu fəqir bəndəni sən.

Sənə verməyimiz üçün canı mələk qismət elə,
Hər an isminlə çırpınan bir ürəy qismət elə.
Ver əziyyət təki bir parça çörək qismət elə,
Bəzə hər gün halalından bir ovuc süfrəni sən,
Həm alansan, həm verənsən, həm İlahsan yəni sən.

Bir əcəl qismətə bir gündə bir anlıq gələcək,
Necə güldən saralıb düşməyə məhkumdu ləçək.
Al cəhalətli fikirdən məni dərgahına çək,
Gösdər əvvəlcə ibadət sayılan səhnəni sən,
Ver əzabsız bizə axırda məzar məskəni sən.


Sonda onu deyə bilərik ki, Səmoxan Babayevin yaradıcılığı gənclik enerjisini, milli ruhu və səmimi lirizmi özündə birləşdirən poetik nümunələr toplusu kimi dəyərləndirilə bilər. Onun qələminin gələcəkdə daha da püxtələşəcəyinə, poetik sözünün daha geniş oxucu auditoriyasının rəğbətini qazanacağına inanmaq üçün kifayət qədər əsas vardır. Gənc şairə yeni yaradıcılıq uğurları, ilhamlı qələm və Azərbaycan poeziyasında layiqli mövqe arzulamaq yerinə düşər.

Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930