Xəbərlər
17.09.2026, 12:11
Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO
Sənə üz tuturam ustad,
Bir,iki söz yazıb gəldim.
Ömür adlı bir sevdanın
Yollarında azıb gəldim.
İnsan mələr bir quzudur,
Bu fikirdə yüz məna var.
Həyat tələ, sahibi vaxt
Pusquda durmuş canavar.
Təzadların göstərdiyi
Biri şərdi,biri xeyir.
Bizə libas tikmək üçün,
Gördüm fələk daş əyirir.
Sənə üz tuturam ustad,
Daha yoldan gözünü çək.
Nəyə ümid bağlamışdın
Əvvəlindən sonunadək.
Yenə ağarır dan yeri,
Yenə qaralır axşamlar.
Elə gördüyün kimidir,
Ölür,doğulur adamlar.
Saç ağarıb, gün gödəlib
Elə mən də sən yaşdayam.
Mücadilə apardığım
Taleyimlə savaşdayam...

Bir,iki söz yazıb gəldim.
Ömür adlı bir sevdanın
Yollarında azıb gəldim.
İnsan mələr bir quzudur,
Bu fikirdə yüz məna var.
Həyat tələ, sahibi vaxt
Pusquda durmuş canavar.
Təzadların göstərdiyi
Biri şərdi,biri xeyir.
Bizə libas tikmək üçün,
Gördüm fələk daş əyirir.
Sənə üz tuturam ustad,
Daha yoldan gözünü çək.
Nəyə ümid bağlamışdın
Əvvəlindən sonunadək.
Yenə ağarır dan yeri,
Yenə qaralır axşamlar.
Elə gördüyün kimidir,
Ölür,doğulur adamlar.
Saç ağarıb, gün gödəlib
Elə mən də sən yaşdayam.
Mücadilə apardığım
Taleyimlə savaşdayam...

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



