Ön söz əvəzi

Azərbaycan poeziyasının zəngin xəzinəsində özünəməxsus yeri və imzası olan Əli Vahid Çaylı uzun illərdir ki, sözə, poetik düşüncəyə, insan ruhunun dərin qatlarına sədaqətlə xidmət edən qələm sahibidir. Şamaxı kimi söz və sənət beşiyinin yetirməsi olan şairin yaradıcılığı səmimiyyətin, daxili yanğının, həyat fəlsəfəsinin, təbiət sevgisinin və insan taleyinə biganə qalmayan poetik duyumun vəhdətidir. Onun şeirlərində həm xalq poeziyasının saflığı, həm də klassik ənənələrin ahəngi duyulur; sadəliklə dərinlik bir araya gələrək oxucunun ruhuna yol tapır.
Əli Vahid Çaylının poeziyası illərdir ki, aşıqların və müğənnilərin dilində yaşayır. Onun sözlərinə bəstələnmiş mahnılar böyük auditoriyanın rəğbətini qazanmış, poetik fikirlər musiqi ilə birləşərək daha geniş yayılmışdır. Bu da onun şeirinin təbii axıcılığını, duyğularının saflığını və düşüncəsinin universallığını təsdiq edir.

Onun könül dünyasının parlaq nümunələrindən biri də “Həsrətin çəkdiyim bahar, yaz ağlar” şeiridir. Bu əsər insan ömrünün poetik salnaməsi, zamanın qarşısında tənhalaşmış, amma yenə də ümidini itirməmiş bir qəlbin fəlsəfi monoloqudur.
Şeirin ilk bəndində şairin daxili aləmi, illərin yükü altında közərib qalan duyğuların səsi eşidilir. “Köksümdə közərən odum, köz ağlar” deyən şair sözün ağlamasını, yəni sözün içində gizlənmiş kədəri poetik bir simvola çevirir. Zahirdə “keflə yaşadım” kimi görünən ömür isə əslində kiprik altında gizlənmiş göz yaşından ibarətdir – bu, insanın özünə etiraf etmədiyi, amma şeirə sığdırdığı həqiqətdir.
Sonrakı misralarda zamanın keçiciliyi, yaşlanmaqla barışmaq və insanın ömrü boyu axtardığı mənəvi dayaq xüsusi bir duyğusallıqla ifadə olunur. Şair illərin ardıcıl şəkildə “paşa” kimi onun həyatına hakim kəsildiyini göstərir, amma yenə də kişinin dəyəri övladlarının sevgisində, onların xatirəsində yaşamağındadır.
Kulminasiya isə bu misradadır:
“Həsrətin çəkdiyim bahar, yaz ağlar.”
Burada “bahar” — gənclik, ümid, sevgi; “yaz” — həyatın ən gözəl zamanı, yaradıcılıq enerjisi deməkdir. Onların ağlaması isə həm keçmişə, həm də yaşanmamış duyğulara çəkilən həsrətin poetik etirafıdır.
Bu şeiri oxuyarkən və ya dinləyərkən hər birimiz öz daxili səsimizlə baş-başa qalırıq: itirdiklərimizi, unutduqlarımızı, geri dönməyən illərimizi xatırlayırıq. Əli Vahid Çaylının poeziyası təsadüfi olaraq təsirli deyil — o, insanın öz ruhunu üz-üzə qoyan, sükutun içində danışan, səmimiyyəti ilə oxucunu tərpədən şeirlər yaradır.
Bu gün oxucuların əlində olan növbəti kitab — “Haqqa bağlı şairəm mən” — Əli Vahid Çaylının zəngin yaradıcılıq yolunun daha bir dəyərli mərhələsidir. Kitabda şairin gəraylı və qoşmaları, nəsihətamiz şeirləri, habelə qəzəllərindən seçilmiş nümunələr toplanmışdır. Bu əsərlər həm poetik hikmətlə, həm də saf duyğularla yoğrulmuşdur. Kitab şairin mənəvi aləmini, dünyagörüşünü, insan və yaradan sevgisini, həyat təcrübəsini daha dolğun ifadə edir.
Qələm dostumuza möhkəm cansağlığı, tükənməz yaradıcılıq şövqü, sözün nuru ilə dolu yeni-yeni əsərlər arzulayıram.
Kitabın axarlı olsun, Əli Vahid Çaylı!
Hörmətlə,
Rauf İLYASOĞLU

"Həkəri" qəzetinin baş redaktoru,
şair-publisist.

Son xəbərlər

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Öyrənək, öyrədək, gözləyək...

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Sabah rayonlarda arabir yağış yağacaq

Keçmiş nazir uzun müddət sonra "Beşiktaş"ın matçında görüntüləndi

Dünya düzəlmir... ( Məmməd Araz ) - FOTO

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Afra Saraçoğlu da saxlanıldı

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

Qızının adı həmin mahnı ilə bağlıdır

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930