Turaztv.az » Xəbərlər » ƏN BÖYÜK BACIM PÜSTƏ
Xəbərlər

ƏN BÖYÜK BACIM PÜSTƏ

18.11.2026, 01:00 5
PÜSTƏ RƏVAN

Mən yaşadıqca uşaqlıq illərimi heç vaxt unutmuram. Hər axşam o günləri yenidən yaşayıram. Biz beş bacı, iki qardaş olmuşuq. Atam müəllim, anam evdar xanım olub. Atam ali təhsilli olub, anam üçüncü sinifə kimi oxuyub. Lakin bizim hər birimizə ali təhsil verib. Min şükür bu günə hər birimiz ailə sahibiyik. Məni ən çox incidən ən kiçik qardaşım İslamı xatırlayıram. Son günlərini yaşayaraq bizə elə bil əlvida deyirdi. Qardaşım hər birimizə şeir və ya qəzəl yazıb. Bunuda deyim ki, o son günlərində mənə yazdığı uşaqlıq illərimizini qələmə alıb.

ƏN BÖYÜK BACIM PÜSTƏ

Sən mənim ən böyük bacımsan Püstə,
Yerin var hər zaman gözlərim üstə.
Gözlərim açılıb - yumulsa belə,
Səni yaşayıram bil gülə-gülə.

Qardaşın bu gecə gəlibdi dilə,
Gərəksə vevərəm canımı istə,
Sən mənim ən böyük bacımsan, Püstə,
Yerin var hər zaman gözlərim üstə.

Uşaqlıq illəri düşüb yadıma,
Çatırdın hər zaman mənim dadıma.
Nağıllar deyərdin mənim adıma,
Mən də uyuyardım, aram-ahəstə.

Sən mənim ən böyük bacımsan Püstə,
Yerin var hər zaman gözlərim üstə.
Yuxudan oyanıb sən yoxsan, baho,
Ağlayıb deyərdim Püstəxanım hano?

Gizlicə çıxardın deyərdin cano,
Güc edib hasardın, bağrının üstə.
Sən mənim ən böyük bacımsan Püstə,
Yerin var hər zaman gözlərim üstə.

Hər gün böyük zəngdə, qaçıb gələrdin,
Oyanmaq vaxtımı dəqiq bilərdin.
Bəzən gecikəndə çatıb deyərdin,
Ağlardım sənin üçün, sən isə dərsdə.

Sən mənim ən böyük bacımsan Püstə,
Yerin var hər zaman gözlərim üstə.
Öyrəşdim mən sənə uzaqkən bacı,
Olmusan hər zaman başımın tacı.

Qardaşın bacıya var ehtiyacı,
Söylə bir bacı yox, inan hər kəsə.
Sən mənim ən böyük bacımsan Püstə,
Yerin var hər zaman gözlərim üstə.

Sən mənim ən böyük bacımsan Püstə,
Yerin var hər zaman başımın üstə.
İndi böyümüşük hərə bir yerdə,
Məna var, məntiq var yazdığım şeirdə.

Mən ayrı evliyəm, səndə ki, ərdə,
Xoşbəxtsən Vaqiflə, ailəmlə mən də.
Sən mənim ən böyük bacımsan Püstə,
Yerin var hər zaman sinəmin üstə.

Yazdı İslam sənə ürək sözünü,
Həqiqət belədir sözün düzünü.
İtirməz heç vaxt, haqqın özünü.
Olsa da qardaşın hal-hazır xəstə,
Sən mənim ən böyük bacımsan Püstə,
Yerin var hər zaman gözlərim üstə.

ƏN BÖYÜK BACIM PÜSTƏ

ALLAH SƏNİ QƏNİ-QƏNİ RƏHMƏT ELƏSİN. YERİNİ SƏNNƏTLİK OLSUN CANIM QARDAŞIM.

Oxşar xəbərlər