Turaztv.az » Xəbərlər » Rusiyada hərbi təyyarə qəzaya uğradı - Xeyli sayda ölən var
Xəbərlər

Rusiyada hərbi təyyarə qəzaya uğradı - Xeyli sayda ölən var

17.11.2026, 19:59 4

Rusiyanın Kemerovo vilayətinin Yaqunovo kəndi yaxınlığında An-12 hərbi təyyarəsi qəzaya uğrayıb.

"Turaztv.az" "Unikal" -a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, qəzaya uçuş zamanı mühərrik yanğını səbəb ola bilər. Mühərriklərdən biri havada alovlanıb, daha sonra təyyarə dik eniş edib.

Təyyarədə olan insanların sayı 13-17 nəfərdir. Bildirilir ki, onların hamısı həlak olub.

Kuzbass qubernatoru İlya Seredyuk Yaqunovo kəndi yaxınlığında aviasiya qəzasının baş verdiyini təsdiqləyib, lakin heç bir təfərrüat açıqlamayıb.

Oxşar xəbərlər