Turaztv.az » Xəbərlər » Balakənin sabiq icra başçısı İslam Rzayev və müavini, YAP Balakən təşkilatının sabiq sədrinin məhkəməsi başlayır
Xəbərlər

Balakənin sabiq icra başçısı İslam Rzayev və müavini, YAP Balakən təşkilatının sabiq sədrinin məhkəməsi başlayır

17.11.2026, 15:42 3
Balakənin sabiq icra başçısı İslam Rzayev və müavini, YAP Balakən təşkilatının sabiq sədrinin məhkəməsi başlayır

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayev və onun sabiq müavini, YAP-ın Balakən Rayon Təşkilatının sədri Azad Balayevin məhkəməsi başlayır.

APA-nın əldə etdiyi xəbərə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Xaliq Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası 27 noyabra təyin edilib.

Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub.

O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2-ci ( (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), və 311.3.2 (təkrar rüşvət alma) 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.3-cü maddələri ilə ittiham olunur.

İslam Rzayev ötən il oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Azad Balayevə isə bu il saxlanılıb. Ona Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 və 32.5,311.3.2-ci maddələri üzrə ittiham irəli sürülüb.

Azad Rizvan oğlu Balayev 2007-2022-ci illərdə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini olub, həmçinin 2011-ci ildən etibarən YAP-nin Balakər rayon təşkilatına rəhbərlik edib.

İş üzrə zərərçəkmiş şəxs qismində Maliyyə Nazirliyi tanınıb.

Oxşar xəbərlər