Turaztv.az » Xəbərlər » Azərbaycan Gürcüstanla enerji əməkdaşlığını müzakirə edib
Xəbərlər

Azərbaycan Gürcüstanla enerji əməkdaşlığını müzakirə edib

18.11.2026, 09:41 0
Azərbaycan Gürcüstanla enerji əməkdaşlığını müzakirə edib


Azərbaycan və Gürcüstan arasında enerji əməkdaşlığının gündəliyi müzakirə edilib.

Bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində hesabında bildirib.

Nazir bildirib ki, Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb: "Görüşdə ölkələrimizi birləşdirən dostluq və strateji tərəfdaşlıq ruhunda enerji əməkdaşlığımızın gündəliyini nəzərdən keçirdik. Enerji sistemlərimizin dayanıqlı fəaliyyətinin təmin edilməsi və birgə regional layihələrimizin inkişafı barədə fikir mübadiləsi apardıq".

Oxşar xəbərlər