Xəbərlər
Ermənistan gələn il hərbi büdcəni 1,71 milyard dollara çatdırmağı planlaşdırır

Ermənistan gələn il müdafiə xərclərini 147,22 milyon dollar artıracaq.
Bu barədə ölkənin maliyyə naziri Vahe Ovannisyan bildirib.
"2027-ci ildə Müdafiə Nazirliyinə 616 milyard dram (1,71 milyard dollar) ayrılacaq ki, bu da 2026-cı illə müqayisədə 53 milyard dram (147,22 milyon dollar) çoxdur", - Ovannisyan parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsində bildirib.
Onun sözlərinə görə, maliyyə vəsaiti müdafiə imkanlarının, infrastrukturun yaxşılaşdırılmasına və Silahlı Qüvvələrin təminatına yönəldiləcək.
2026-cı ildə müdafiə xərcləri demək olar ki, 16 % azaldılaraq 563 milyard dram (təxminən 1,46 milyard dollar) təşkil edib.















