Turaztv.az » Xəbərlər » Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub
Xəbərlər

Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub

18.11.2026, 10:56 2
Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub

Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, 39 ölkədən 276 idmançının qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb.

Səbuhi Əlizadə (+90 kq) 1/8 finalda İşxan Hovsepyanı (Ermənistan) mübarizədən kənarlaşdırıb.

3 xəbərdarlıq alan rəqib diskvalifikasiya olunub.

Əlizadə 1/4 finalda ilk mərhələdən azad olan Kiril Georgiyevlə (Bolqarıstan) qarşılaşacaq. Döyüş noyabrın 20-də olacaq.

Oxşar xəbərlər