Turaztv.az » Xəbərlər » SABAH BAKI VƏ BİR SIRA RAYONLARDA KÜLƏK GÜCLƏNƏCƏK – SARI XƏBƏRDARLIQ VERİLDİ
Xəbərlər

SABAH BAKI VƏ BİR SIRA RAYONLARDA KÜLƏK GÜCLƏNƏCƏK – SARI XƏBƏRDARLIQ VERİLDİ

18.11.2026, 22:21 2
SABAH BAKI VƏ BİR SIRA RAYONLARDA KÜLƏK GÜCLƏNƏCƏK – SARI XƏBƏRDARLIQ VERİLDİ

Turaztv.az xəbər verir ki, noyabrın 19-da Azərbaycanda küləkli hava şəraiti müşahidə olunacaq. Milli Hidrometeorologiya Xidməti bununla bağlı sarı xəbərdarlıq elan edib.
Xəbərdarlığa əsasən, Bakıda və Abşeron yarımadasında, eləcə də bir sıra rayonlarda küləyin arabir güclənəcəyi gözlənilir.
Küləyin sürətinin saniyədə 13,9–20,7 metrə çatacağı bildirilir.
Küləkli hava şəraitinin Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Gəncə, Naftalan, Goranboy, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı və Qusar rayonlarında da müşahidə olunacağı proqnozlaşdırılır.
Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, temperaturun gecə 8–11, gündüz isə 17–21 dərəcə isti olacağı gözlənilir.
Mütəxəssislər küləkli hava zamanı sakinlərə ehtiyatlı olmağı, küləyin təsirinə məruz qala biləcək ərazilərdə diqqətli davranmağı tövsiyə edirlər.
Turaztv.az olaraq oxucularımıza müraciət edirik: Hava şəraitindəki dəyişiklikləri nəzərə alın, təhlükəsizlik qaydalarına əməl edin.
Turaztv.az – Ölkədə və dünyada baş verənlərdən xəbərdar olun!

Oxşar xəbərlər