Gülmalı Həsənoğlu yaradıcılığına bir baxış

Azərbaycan poeziyası əsrlər boyu xalqın mənəvi dünyasını, həyat fəlsəfəsini və milli-mədəni dəyərlərini yaşadan ən mühüm sənət sahələrindən biri olmuşdur. Müasir dövrdə də bu ənənəni davam etdirən, sözün mənəvi yükünə və bədii məsuliyyətinə xüsusi önəm verən şairlərdən biri Gülmalı Həsənoğludur. Onun yaradıcılığı xalq hikmətindən, həyat müşahidələrindən və mənəvi-əxlaqi dəyərlərdən qidalanan poetik nümunələrlə zəngindir.
Gülmalı Həsənoğlu yaradıcılığında diqqətimi çəkən, "Mənim hikmət karvanımdan" paylaşımı oldu. Onun səhifəsinə keçib yaradıcılıq üslubu ilə maraqlandım. Onun poeziyasında fikrin yığcam, lakin təsirli ifadəsi məni özünə çəkdi. Gördüm ki, Gülmalı müəllim sözü yalnız poetik bəzək kimi deyil, həm də düşüncə və mənəviyyat daşıyıcısı kimi təqdim edir. Onun bir çox misraları aforizm təsiri bağışlayır, oxucunu düşündürür və həyat həqiqətləri üzərində dayanmağa vadar edir:

Vətəndir qananın böyük sərvəti,
Şərəfi, namusu, gücü, qüdrəti ;

İndi: - Doğmalar yadlaşır, Yadlar doğmalaşır ";
ya
Dur yanından darda qoyub,qaçanın,
Gir qəlbinə sənə qucaq açanın;
və ya
Hər uzanan əllər bar dərə bilməz,
Hər çərələn gözlər düz görə bilməz..

kimi nümunələr şairin insan xarakterinə, cəmiyyətin mənəvi problemlərinə və həyatın gerçəkliklərinə ayıq münasibətinin ifadəsidir.

XALQ HİKMƏTİNDƏN QAYNAQLANAN POEZİYA...


Gülmalı Həsənoğlunun yaradıcılığında xalq müdrikliyi mühüm yer tutur. Onun şeirlərində atalar sözləri və xalq təfəkkürü ilə səsləşən fikirlər yeni poetik çalar qazanır. Şair həyatın müxtəlif tərəflərinə münasibət bildirərkən oxucunu düşündürməyi, düzgün nəticə çıxarmağa sövq etməyi qarşısına məqsəd qoyur:
“Sirr güdənə sirdaş demə,
Hər gülənə qardaş demə.”
və ya
“Talançıda üz axtarma,
Yalançıda düz axtarma.”

Bu misralarda xalq hikmətinin müasir bədii ifadəsi öz əksini tapır. Şair sadə görünən sözlərlə mürəkkəb həyat həqiqətlərini ifadə etməyi bacarır.
VƏTƏNDAŞ MÖVQEYİ VƏ İCTİMAİ DÜŞÜNCƏ...

Gülmalı Həsənoğlunun yaradıcılığında vətəndaş mövqeyi aydın hiss olunur. O, cəmiyyətdə rast gəlinən mənfi hallara, ikiüzlülüyə, haqsızlığa və mənəvi aşınmaya qarşı barışmaz münasibət nümayiş etdirir. Şair həqiqi sənətin və doğru sözün tərəfdarı kimi çıxış edir:
“Əyri baxıb, düzü tərsə yozan çox,
Üzə gülüb, ayaq altı qazan çox.”

Bu kimi misralar onun ictimai hadisələrə laqeyd qalmadığını, sənətin və sözün məsuliyyətini dərindən dərk etdiyini göstərir.
Gülmalı Həsənoğlu yaradıcılıqından seçib götürdüyüm "Özün-özündə" şeiri insanı öz gücünü tanımağa, həyatda arxanı ilk növbədə öz iradənə söykəməyə çağıran, xalq hikmətindən qidalanan təsirli və düşündürücü bir qoşmadır.

Bu şeir hikmətli xalq düşüncəsi ilə yoğrulmuş, həyat təcrübəsindən süzülüb gələn nəsihət ruhlu qoşmadır. Müəllif insanı ilk növbədə öz gücünə, öz iradəsinə və daxili dayaqlarına söykənməyə çağırır.
Şeirin əsas qayəsi budur: insan çətin anlarda başqalarından möcüzə gözləməməli, öz qüvvəsinə inanmalı və nicatı öz daxilində axtarmalıdır.
Diqqəti çəkən məqamlar:
"Axtar ... sən, özün-özündə" misrası şeirin ana xəttini təşkil edir. Bu təkrar həm ritm yaradır, həm də fikri oxucunun yaddaşına həkk edir.
Şeirdə xalq müdrikliyinə söykənən ifadələr çoxdur: "Başdan bulanan su inan durulmaz", "Bostanda bitəndən bağda gözləmə" kimi misralar atalar sözü təsiri bağışlayır.
Müəllif həyatın acı gerçəkliklərini gizlətmir. Dostun, tanışın, hətta yaxınların belə hər zaman köməyə çatmayacağını vurğulayır.
Son bənddə müraciət formasına keçərək "Gülmalı" xitabı ilə fikri daha səmimi və təsirli edir.
Xüsusilə bu bənd şeirin ideya yükünü daşıyır:
"Sevinsən, qoşulub gülən də olmaz,
Dərdini paylaşıb, bölən də olmaz.
Darıxsan yardıma gələn də olmaz,
Axtar köməyi sən, özün-özündə."

Burada insanın tənhalığı yox, mənəvi müstəqilliyi ön plana çəkilir.
Məncə, şeirin ən uğurlu cəhəti müəllifin nəsihət verməyə çalışarkən süni görünməməsidir. Fikirlər həyat müşahidələrindən doğduğu üçün səmimi təsir bağışlayır. Qoşma formasının tələbləri qorunub, dil sadə və axıcıdır, xalq şeirinin ruhu hiss olunur.
Yeganə diqqət çəkən məqam ikinci bənddəki:
"Dosd-tanış əlinnən düşmən vurulmaz"- misrasıdır. Burada "Dosd" sözü "Dost", "əlinnən" sözü isə "əlindən" şəklində yazılsa, dil baxımından daha səlis görünər.
QÜRBƏT AĞRISI VƏ VƏTƏN HƏSRƏTİ...

Şairin yaradıcılığında qürbət mövzusu xüsusi yer tutur. Uzun illər doğma yurddan uzaqda yaşamaq onun poeziyasında kövrək və təsirli duyğular yaratmışdır. Vətən sevgisi, doğma el-obaya bağlılıq və ayrılıq nisgili onun bir çox şeirlərinin əsas motividir.
“Yoxdur” şeirindəki:
“Gülmalıyam, Vətəndən qıraqdayam mən,
Halımı soruşan soydaşım yoxdu.”

misraları qürbətdə yaşayan insanın daxili tənhalığını və mənəvi sarsıntılarını aydın şəkildə ifadə edir.
Bununla yanaşı, şair heç zaman ümidsizliyə qapılmır, doğma yurda bağlılığını qoruyub saxlayır:
“Elimdən aralı dura bilmərəm,
Baltanı kökümə vura bilmərəm.”

Bu misralar onun mənəvi köklərinə və milli kimliyinə sadiqliyinin poetik ifadəsidir.
MƏNƏVİ DƏYƏRLƏR VƏ İNSAN AMİLİ
Gülmalı Həsənoğlu yaradıcılığının əsas istiqamətlərindən biri də insanın mənəvi kamilliyinə çağırışdır. Şair yaxşılıq, dürüstlük, vicdan, qeyrət və mənəvi təmizlik kimi anlayışları yaradıcılığının aparıcı xəttinə çevirir.
Onun fikrincə, insanın ən böyük sərvəti vicdanı və əməlləridir:
“Ən dəyərli sərvətimdi, varımdı,
Bir vicdanım, bir əməlim, bir adım.”

Bu mövqe şairin həyat və sənət kredosunu aydın şəkildə ifadə edir.
Şairin "Əzizim" şeiri xalq poeziyasının öyüd-nəsihət ənənəsini davam etdirən, sadə dildə yazılmış, həyat təcrübəsinə söykənən və özünəinam ideyasını önə çəkən uğurlu qoşmalardan biridir. Şeirdəki hikmət yükü və axıcılıq oxucunu son bəndə qədər aparmağı bacarır.
Bu şeir də əvvəlki "Özün-özündə" qoşması ilə eyni düşüncə xəttinə bağlıdır. Burada da əsas fikir insanın öz ləyaqətini qoruması, öz gücünə arxalanması və həyatın sınaqlarında möhkəm dayanmasıdır.

Şeirin dili xalq danışıq üslubuna yaxındır, nəsihət və öyüd ruhu daşıyır. Xüsusilə təkrarlanan:
"Özün, əzizim"- ifadəsi həm xitab, həm də vurğu vasitəsi kimi çıxış edir. Müəllif hər bənddə oxucunu özünəinamlı olmağa səsləyir.
Ən yaddaqalan misralardan biri budur:
"Qızıla gövhər de, ləli misdəmə,
İgidə ərən de, mərdi pisdəmə."

Burada insanlara və dəyərlərə layiq olduqları qiymətin verilməsi tövsiyə olunur. Şair həm haqqı danmamağı, həm də qərəzli olmamağı nəsihət edir.
Şeirin digər uğurlu bəndi isə:
"Hər yeylən çörəyə çörəkdir demə,
Hər döynən ürəyə ürəkdir demə,
Hər öynən kürəyə kürəkdi demə..."

Bu misralarda zahirlə mahiyyət arasındakı fərq vurğulanır. Hər görünən dostun dost, hər görünən dayağın dayaq olmadığını ifadə edən hikmətli bir yanaşma var.
Son bənddə isə fikrin zirvəsi görünür:
"Günün xoş keçəndə xumarlan, məsd ol,
Qəsdinə durana demərəm qəsd ol.
Dostunun dostuna dostum də,dost ol,
Özün vur düşməni, özün, əzizim."

Burada müəllif bir tərəfdən dostluğa sədaqəti, digər tərəfdən isə həyatda qətiyyətli olmağı önə çəkir.
Şeirdə dil baxımından bir neçə sözün ədəbi forması üzərində düşünmək olar: Məsələn;"isdəmə"~ istəmə, "yeylən" ~ yeyilən, "döynən" ~ döyünən, "öynən" ~ öyünən, "məsd" ~ məst kimi yazılsa daha uğurlu olar.
Lakin bunlar qəsdən yerli şivə və ya aşıq şeiri üslubunu qorumaq üçün işlədilibsə, olduğu kimi saxlanılması da mümkündür.
VƏTƏN MÖVZUSU VƏ MİLLİ RUH

Gülmalı Həsənoğlunun yaradıcılığında Azərbaycan mövzusu xüsusi yer tutur. O, Vətəni yalnız coğrafi məkan kimi deyil, milli ruhun, mənəvi yaddaşın və xalqın taleyinin ifadəsi kimi təqdim edir.
“Azərbaycan”, “Vətənimsən, Azərbaycan”, “Azərbaycandı” kimi şeirlərində şair vətənə sonsuz məhəbbətini, xalqın gələcəyinə inamını və milli birlik ideyasını yüksək poetik duyğularla ifadə edir:
“Bayrağınnan ucalmışam,
Qüdrətimsən, Azərbaycan.”

Bu misralarda vətən sevgisi ilə qürur hissi vəhdət təşkil edir.
Gülmalı Həsənoğlu poeziyasının əsas xüsusiyyətləri sadəlik, səmimilik, yığcamlıq və fikir dolğunluğudur. Onun şeirlərində süni bədii effektlərə, mürəkkəb ifadələrə rast gəlinmir. Şair oxucu ilə səmimi dialoq qurur, ən mürəkkəb düşüncələri belə aydın və anlaşıqlı dillə ifadə etməyə çalışır.
Yaradıcılığında xalq danışıq dilinin imkanlarından, folklor ənənələrindən və klassik poeziyanın estetik prinsiplərindən uğurla istifadə edən müəllif özünəməxsus poetik üslub formalaşdırmışdır.

Gülmalı Həsənoğlu müasir Azərbaycan poeziyasında xalq hikmətini, milli-mənəvi dəyərləri və vətəndaş mövqeyini öz yaradıcılığında uğurla birləşdirən şairlərdəndir. Onun poeziyası həyat həqiqətlərinə söykənən fəlsəfi düşüncə, vətən sevgisi, mənəvi saflıq və insanpərvərlik ideyaları ilə zəngindir.
Şairin yaradıcılığı göstərir ki, həqiqi poeziya yalnız söz sənəti deyil, həm də insanı düşündürən, ona mənəvi dayaq verən və cəmiyyətə fayda gətirən bir dəyərdir. Bu baxımdan Gülmalı Həsənoğlunun əsərləri müasir Azərbaycan poeziyasında özünəməxsus yer tutur və oxucunu daim yaxşılığa, düzlüyə və mənəvi kamilliyə səsləyir.
Gülmalı Həsənoğluna yaradıcılığının bundan sonrakı mərhələlərində də yeni uğurlar, tükənməz ilham və söz dünyasında daha böyük nailiyyətlər arzulayıram.
Böyük səmimiyyətlə,
Elxas Comərd.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.

Son xəbərlər

Türkiyədə qohumların mübahisəsi silahlı davaya çevrilib

İsrail Livanın cənubunda "Hizbullah"ın 70-dən çox obyektinə zərbələr endirib

MÜASİR AZƏRBAYCAN POEZİYASINDA XALQ HİKMƏTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR - FOTO

Niderlandda polis iğtişaşların 7 iştirakçısını saxlayıb

Bakıda Şimali Kiprin Mədəniyyət Günü keçirilir

“Ağdamın ilk məzunu olmaq ağlıma belə gəlməzdi” - Foto

Sabahın hava proqnozu açıqlanıb

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Türkiyəli məşhurlar uşaqlarının məzun günündə - Fotolar

Bakı sakinləri təşvişdə: yayılan bu sirli həşərat nədir?

İngilis dili müəlliminin paylaşdığı tədris videosu

Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq

Bu il 23 mindən çox müəllim sertifikatlaşdırmadan keçəcək

Səməd Bəşirli: "Azərbaycan və TDT ölkələri arasında qarşılıqlı investisiyalar 40 milyard dollara yaxınlaşıb"

Bu gün Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB

Şöhrət xiyabanında onun da ulduzu oldu

“Eşref Rüya”nın aktyorları eyni layihədə

11 yaşlı uşaq 85 milyon il əvvəl yaşamış sürünənin skeletini aşkarladı - Fotolar

Dünya Kubokundan sonra karyerasını bitirəcək

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib - FOTOLAR

Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR

Ermənistanda səslər yenidən hesablandı, fərq dəyişdi

“TikTok"da qeyri-etik paylaşımlar edən daha bir nəfər saxlanıldı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930