Brilyant Atəş yaradıcılığının poetik işığında...

( Əvvəli 09.10. 11. 13 mart tarixli Fb paylaşımlarımda )
Poeziyanın gücü onun sözləri ilə yanaşı, obraz və ritm sistemindən də yaranır. Bu poeziya milli dəyərlər üzərində qurulanda daha effektli, tarixi dəyərləri özündə qoruyub saxlayan və tarixi bir körpü rolunu oynayanda daha gözəl görünür. Bu baxımdan Brilyant Atəşin şeirlərində hər bir misra həm mənanı, həm də hissi daşımaqla yanaşı milli dəyərləri də özündə ehtiva etməklə bərabər, obraz və mesajı poetik təcrübə ilə təqdim edir. Bu bölmədə şairin seçilmiş nümunələrinin təhlili vasitəsilə onun poetik texnikası, obraz sistemi və milli-mənəvi kodları oxucuya təqdim etmək niyətindəyəm.
Brilyant Atəşin şeirləri ənənəvi struktur və ritm ölçü prinsiplərinə uyğun gəlsə də, şairin üslubu zaman-zaman sərbəst misra ilə zənginləşir. Bu, şeirlərə həm dinamiklik, həm də emosional dərinlik qatır. Məsələn, onun ilk müraciət etdiyim "Sığmayır" şeirindəki, bir misra üzərində fikrimi çatdırmaq istəyirəm :

Qəlbim dolub köksü meydan eyləyir,
Şahə qalxıb bu meydana sığmayır.

Burada, qısa və uzun misralar həm ritm fərqliliyini yaradır, “meydan” və “şahə qalxmaq” metaforalar dan istifadə etməklə daxili gərginliyi və poetik dramatikliyi əyani göstərir.
Şeirdə ritmin və misra uzunluqlarının dəyişməsi oxucuda gərginlik, coşqu və ya sakitlik yaratmaq üçün bəzən məqsədli şəkildə istifadə olunur.
Ümumiyyətlə hər bir şeirdə obrazların funksiyası müxtəlif səviyyələrdə işlənir. Təbiət obrazları – həyatın ritmini və insan ruhunun harmoniyası ilə bir-biri ilə bağlılığının göstəricisi kimi anlaşılır.
İnsan obrazları – daxili aləmin, duyğuların və milli kimliyin ifadəsidir.
Sevgi və ailə obrazları – mənəvi və emosional mesaj daşıyır.
Tarixi və milli motivlər – xalqın kökləri, ənənələri və tarixi yaddaşını təmsil edir.
Məsələn, bir şeirdə günəş, çiçək və arı obrazları təbiət vasitəsilə insanın daxili harmoniyasını ifadə edir, digər bir şeirdə isə Dədə Qorqud və qala motivləri milli-mənəvi mesajı gücləndirir.
Brilyant Atəşin şeirləri əsasən mövzu və ideya üç istiqamətdə inkişaf edir:
Milli-mənəvi dəyərlər və tarixi yaddaş – şair xalqın kimliyini, mədəni irsini və mənəvi sərvətlərini şeirlərində təcəssüm etdirir.
İnsan daxili aləmi və emosional təcrübə – qəlb, ruh və xəyallar poetik dil vasitəsilə oxucuya çatdırılır.
Sevgi, ailə və həyat fəlsəfəsi – şəxsi və universal hisslər poetik formada təqdim olunur.
Hər bir şeiri həm mövzu, həm də ideya baxımından oxucuya düşündürücü və emosional təsir göstərir.
Brilyant Atəşin şeirlərində tez-tez aşağıdakı poetik texnikalara rast gəlmək olar:
Metafora və simvolizmlərdə hər bir obraz dərin mənalar daşıyır;
Alliterasiya və assonanslar səslərin təkrarı şeirə musiqilik verdiyinin təcəssümüdür ;
Təkrar və refrenlərdə isə əsas fikri vurğulamaq üçün istifadə olunur;
Rəng və vizual obrazlar, oxucuda vizual təsir yaradır və mənaya zənginlik qatır.
Məsələn:
Xəyallarım əlçim-əlçim yeriyir,
Ürək yağım muma dönüb əriyir.

Biz burada, “əlçim-əlçim yeriyir” fikirində təkrar və ritm vasitəsilə yavaş və düşüncəli hərəkət etdiyi ifadə olunur;
“Muma dönüb əriyir” – metafora və vizual təsiri birləşərək ruhun incə hallarini göstərir.
Brilyant Atəşin şeirləri ilə oxucuda həm emosional, həm də estetik təsir yaradır. Obraz sistemi, ritm və poetik texnikalar birlikdə işləyərək oxucunun, hiss və duyğularını oyadır,
milli-mənəvi bağlılığını gücləndirir, oxucusunu həyat, sevgi və insan təcrübəsi barədə düşünməsini təmin edir.
Şeirlərin təhlili göstərir ki, Brilyant Atəşin poeziyası sözün gücünü və obrazın təsirini birləşdirən zəngin bir sistemdir. Hər bir şeir, hər bir misra həm milli-mənəvi dəyərləri, həm də insanın daxili aləmindəki emosional vəziyyəti əks etdirir. Obrazlar, ritm, metaforalar və poetik texnikalar birlikdə oxucuya həm estetik, həm də mənəvi təcrübə bəxş edir.
Şairin zənginliyinin göstəricisidir ki, onun poeziyasında, yəni şeirlərində sözlərin ardıcıllığı deyil, həm də milli-mənəvi dəyərlərin, mədəni irsin və insan daxili aləminin istəyi ilə düzülüb. Brilyant Atəşin yaradıcılığı bu baxımdan Azərbaycan poeziyasında xüsusi yer tutur. Onun şeirlərində milli ruh, tarixi yaddaş və insanın emosional təcrübəsi bir-birinə sıx bağlı şəkildə təcəssüm etdirilir.
Bu yazının yazılmasında Birilyant Atəş yaradıcılığında mənə stimul verən milli-mədəni irsin qorunması və təbliğində onun mükəmməl poetik nümunələr yaradıcısı olmasının göstərmək niyyətindən doğduğunu ortaya qoymaq istəyimdən irəli gəlib. Çünki, gözəl şairimizin milli dəyərlərmizdən olan kəlağayı üzrə keçirilən tədbirlərdə bir şair, ictimayətçi kimi fəaliyyətinin mənə verdiyi zövq bütün istəyim üçün işıq yandırdı. Ona görə də Kəlağayı və digər milli motivlər şairin yaradıcılığında yalnız ornament deyil, həm də milli-mənəvi dəyərlərin simvoluna çevrilir. Brilyant Atəş şeirlərində, xalqın tarixi və ənənələrini yaşadır, milli kimliyi gücləndirir, yeni nəsillərə milli-mədəni sərvətləri ötürür.
Bu baxımdan onun poeziyası həm sənət, həm də təhsil vasitəsi rolunu oynayır.
SÖZÜN VƏ OBRAZIN GÜCÜ.

Şairin yaradıcılığında söz və obraz bir-birini tamamlayır. Hər bir misra, hər bir metafora oxucuda, hiss və düşüncəni oyadır, milli-mənəvi bağlılığı gücləndirir, insanın daxili aləmini əks etdirir.
Beləliklə, Brilyant Atəş poeziyası sözün ilahi gücünü və obrazın təsirini birləşdirərək oxucuda unudulmaz təəssürat yaradır.
BİRİLYANT ATƏŞ YARADICILIĞINDA POEZİYANIN FUNKSİYASI.
Brilyant Atəşin şeirləri üç əsas funksiyanı özündə daşıyır:
Estetik funksiya ilə oxucuda gözəllik və poetik zövq yaratmaq;
Mənəvi-fəlsəfi funksiya ilə oxucuda həyat, sevgi, insan və milli dəyərlər barədə düşüncə oyatmaq;
Təhsil və mədəniyyət funksiyası isə milli-mədəni irsi qorumaq və gələcək nəsillərə çatdırmaq prinsipləri üzərində davam edir.
Sonda demək istəyirəm ki, bu yazı vasitəsilə oxucu Brilyant Atəşin yaradıcılığının, milli-mənəvi köklərini, söz və obraz gücünü, şeir texnikasının incəliklərini və milli-mədəni irsin təbliğini hiss etməyə və dərindən qiymətləndirməyə imkan əldə edir. Hər bir bölmə bir-birini tamamlayaraq şairin poeziyasının sistemli və əhatəli təhlilini təqdim edir.
Brilyant Atəşin poeziyası Azərbaycan ədəbiyyatında sözün və obrazın gücünü milli-mədəni dəyərlərlə birləşdirən nadir nümunələrdəndir. Onun şeirləri həm oxucuya estetik həzz verir, həm də milli kimliyin və mədəni irsin qorunmasına xidmət edir. Bu baxımdan onun yaradıcılığı yalnız ədəbiyyat, həm də milli-mənəvi sərvət kimi qiymətləndirilə bilər.
( SON )
Elxas Comərd
AYB-nin, “İti Qələm” Respublika Ədəbi Birliyinin və “Ağsu Yazarları” Ədəbi Birliyinin üzvü,
“Vətən Övladı” və “Dəyənək” ictimai-siyasi və satirik qəzetlərinin təsisçisi.







Son xəbərlər

Dünyanın ən uzun yoludur, amma heç bir yerə aparmır - Fotolar

HƏSƏNXAN ƏSƏDOV : Şairlər Tanrının sevdikləridir - FOTO

CÜMŞÜD AYDƏMİR : Sevim,sevməyim... - FOTO

Adilə Nəzərin “Mühacirət monoloqu” - FOTO

Pentaqon: Avropa öz təhlükəsizliyinə görə daha çox məsuliyyət daşımalıdır

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Sənubər Səhər : Duyğularımızın hakimi özümüzük?

ŞƏMSİYƏ KƏRİMOVA : Səni çox sevirik və çox darıxırıq... - FOTO

BMT TŞ Ukrayna ilə bağlı iclas keçirdi

Ermənistanda "sükut günü" başladı

QÜRBƏT AĞRISINI POEZİYAYA ÇEVİRƏN ŞAİR : Afiq Goycəli... - FOTOLAR

İLQAR BİZƏBAN : Ağ söyləsə ağdır,deməli qarə deməzlər - FOTO - QƏZƏL

UNUDULMAZ MÜƏLLİMİM HAQQINDA KİTAB - FOTO

“Baffi”nin aktyoru öldü

Türkiyənin balıqçı gəmisinə hücum oldu - Ölən və yaralananlar var

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Mirələm Mirələmovun atası vəfat etdi

Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı

Fransa, Britaniya və Almaniya liderləri Zelenski ilə görüşəcək

Bakıxanovda yaşayış binası yanır

ETX: Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemi mühüm transformasiyadadır

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

15 günə məlumat verməyən CƏZALANACAQ

Mikayıl Müşfiqin doğum günüdür

Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi

Məşhur aktyor sevgilisinin oğlu tərəfindən qətlə yetirildi

Dünya sərt qayalı künc-bucaq oldu - FOTO

Bakıda bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930