Turaztv.az » Xəbərlər » Doğmalarımın əziz xatirəsinə.
Xəbərlər

Doğmalarımın əziz xatirəsinə.

08.08.2026, 00:13 157
Doğmalarımın  əziz xatirəsinə.
Elxas Comərd.

MƏNİM.

Heç uşaq olmadım, mən uşaq vaxtı,
Qayğınız çox qatdı başımı mənim.
Sevginiz ruhuma məlhəm tək axdı,
Böyütdü, artırdı yaşımı mənim.

Qıymadız ağlayam, qoymadız işə,
Nə vaxt xəstələndim düşdüz təşvişə,
Yenə xatirəniz çəkdi keçmişə,
Qurutdu gözümdə yaşımı mənim.

Nə gözəl çağ idi, qınaqı şirin,
Danlağın, baxışın mənası dərin,
İndi anlayıram bunların sirrin...
Düzəltdi səhvimi, naşımı mənim.

Ayrıymış doğmanın əsəbi, hirsi,
Bu cür öyüd ilə almışam dərsi,
Mərhəmət üstündə qurulan qəsri,
Qoymadı çatılsın qarşımı mənim.

Oxşar xəbərlər