Azərbaycanlı alim Ramazan Qafarlının “Tarixi dərdlərimiz mifoloji-folklor irsimizdə, Nizami, Füzuli, Nəsimi, Səməd, Bəxtiyar və Şəhriyar poeziyasında – semiotik-sinergetik təhlil” adlı monoqrafiyası nəşr olunub. Əsər Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr edilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, monoqrafiyanın mərkəzində Ramazan Qafarlının orijinal fəlsəfi-metaforik ideyası – “Ağrıya salam” konsepsiyası dayanır. Bu ideya ağrının xaosdan şairin yaratdığı kosmik nizama keçidi, söz vasitəsilə tərbiyəsi və mənalandırılması deməkdir. Monoqrafiya ədəbiyyatşünaslıqda yeni metodoloji xətt açır və milli poeziyanın fəlsəfi ölçüsünü daha da dərinləşdirir.

Əsər şairin öz arzusunun – “Azərbaycanın tarixi dərdlərinin elmi təhlili” fikrinin həyata keçirilməsi kimi formalaşıb. Bəxtiyar Vahabzadənin bu mövzunun dərindən işlənməsi, dərdlərin poetik arxetipinin aşkar edilməsi və milli yaddaşa yeni fəlsəfi baxışın təqdim edilməsi kimi müəllifə verdiyi mənəvi tapşırıq monoqrafiyanın əsasını təşkil edir.

Eyni zamanda, monoqrafiya yalnız elmi tədqiqat deyil, həm də böyük şairə ehtiram nümunəsi, onun düşüncə dünyasına poetik-fəlsəfi cavabdır. Kitab Bəxtiyar Vahabzadənin 100 illiyinə hədiyyə olmaqla yanaşı, şairin ömrü boyu arzuladığı vahid Azərbaycan idealının, milli dərd fəlsəfəsinin və poeziyanın harmoniyalaşdırıcı gücünün elmi təsdiqidir. Bütün bunlar şairin həyatı boyu arzusu olub.

Bu əsər xalq şairinin ruhuna ehtiramla yazılmış, onun poetik irsinin, milli dərd fəlsəfəsinin və böyük ideallarının gələcək nəsillərə ötürülməsinə yönəlmiş mənəvi borcun və intellektual məsuliyyətin məhsuludur.

Ramazan Qafarlının bu fundamental tədqiqatı Azərbaycanın mədəni-ədəbi fikrində “dərd” konseptinin tarixi, mifoloji, fəlsəfi və poetik qatlarını sintez edir, milli poeziyanın ontoloji əsaslarını yenidən formalaşdırır.

Monoqrafiya Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Səməd Vurğun, Məhəmmədhüseyn Şəhriyar və Bəxtiyar Vahabzadə kimi klassik və müasir söz ustadlarının poetik-fəlsəfi sistemlərini müqayisəli şəkildə təhlil edir və semiotik-sinergetik metodlarla milli ağrı və bölünmüş Vətən anlayışının poetik arxitektonikasını modelləşdirir.

Monoqrafiya girişdən, üç geniş fəsildən və poetik-fəlsəfi nəticələrdən ibarətdir. Bölmələrdən birində müəllif “Kitabi-Dədə Qorqud”dan başlayaraq Bəxtiyar Vahabzadəyədək Azərbaycan poeziyasının ontoloji köklərini izləyir və həm nəzəri konsepsiyanı, həm də poetik mətnlərin semantik qatlarını izah edir.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı (Hüseynova), rəyçiləri isə filologiya elmləri doktoru, professor Rüstəm Kamal və filologiya elmləri doktoru, dosent Hikmət Quliyevdir.

Son xəbərlər

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930