Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Naxçıvan Dövlət Universiteti (NDU), ADPU-nun Şəki filialı, AMEA Nəsimi adına Dilçilik İnstitutu, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD), Mahmud Kaşqari adına Beynəlxalq Fond, Bəxtiyar Vahabzadənin ev muzeyinin birgə təşkilatçılığı ilə VII Beynəlxalq "Bəxtiyar Vahabzadə - Türk dünyası dil, tarix, vətənpərvərlik və ədəbiyyat (Bəxtiyar Vahabzadə: Vətənpərvərlik və millilik)" adlı konfrans keçirilib.

MDU-dan AZƏRTAC-a bildirilib ki, tədbir Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunub.

Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan konfransda Azərbaycan və Türkiyənin çoxsaylı ali təhsil müəssisələri, elmi tədqiqat institutlarının tədqiqatçı alimləri və MDU-nun bir qrup akademik-inzibati heyət üzvləri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Xalq şairi Bəxtiyar Vahabzadənin, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfransı giriş sözü ilə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova açaraq Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığının çoxşaxəli cəhətlərindən danışıb, onun irsinə ölkə rəhbərliyi tərəfindən yüksək qiymət verildiyini vurğulayıb. Xüsusilə, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin Bəxtiyar Vahabzadənin irsinə göstərdiyi diqqətdən bəhs edən prorektor şairin milli düşüncə, ana dili və vətənpərvərlik ideyalarının müasir gənclərin tərbiyəsindəki rolunu xüsusi qeyd edib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısının müavini Xəyalə Töhrablı çıxışında Bəxtiyar Vahabzadənin yubileyinin Şəkidə qeyd olunmasının xüsusilə əhəmiyyətli olduğunu bildirib. O, bu cür mötəbər elmi-mədəni tədbirə ev sahibliyi etməyin Şəki üçün həm məsuliyyət, həm də qürur mənbəyi olduğunu vurğulayıb, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov isə çıxışında görkəmli şairin ziyalı mövqeyini, təhsilə və milli irsə verdiyi dəyəri xüsusi vurğulayıb, MDU-nun belə konfransda təşkilatçı kimi iştirakının universitet üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O, konfransın türk dünyasının elmi-mədəni inteqrasiyasına töhfə verdiyini və Bəxtiyar Vahabzadənin zəngin irsinin yeni tədqiqat aspektlərinin öyrənilməsinə xidmət etdiyini qeyd edib.

Daha sonra çıxış edən Mahmud Kaşqari Beynəlxalq Fondunun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyev, ADPU-nun Şəki filialının direktoru Vurğun Məmmədov, ADPU-nun Quba filialının direktoru professor Yusif Əliyev və digər qurumların nümayəndələri çıxışlarında Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı, dilə və ədəbiyyata bağlılığı müxtəlif aspektlərdən təqdim olunub.

Açılış mərasimi iştirakçıların və tələbələrin təqdimatında hazırlanmış bədii hissə ilə davam edib, sonda xatirə şəkilləri çəkdirilib.

VII Beynəlxalq elmi konfrans bölmə iclasları ilə davam edib. Bölmələr üzrə təqdim olunan məruzələrdə Bəxtiyar Vahabzadənin yaradıcılığı, dilçilik, ədəbiyyat, pedaqogika, fəlsəfə, tarixi kontekstlərdə araşdırmaları, milli kimlik və vətənpərvərlik məsələlərinin təhlili geniş müzakirə olunub. Konfransda Azərbaycan, Türkiyə, Makedoniya, Rusiya, Liviya, Hindistan, Nigeriya, Rumıniya, İtaliya, Özbəkistan və Banqladeş daxil olmaqla 11 ölkədən 200-dən çox tədqiqatçı iştirak edib, ümumilikdə 150-dən artıq elmi məruzə təqdim olunub.








Son xəbərlər

Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək

"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

İtaliyadakı qıtlıq Merkeli şoka salıb

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb – XƏBƏRDARLIQ

Sazın və Sözün Şirvan Zirvəsi

Payızda yaz yaşayırıq – Alimlərin xəbərdarlıq etdiyi GİZLİ TƏHLÜKƏ

Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Bu serialın heyətində dəyişiklik ediləcək

Çində güclü zəlzələ oldu

✍️ Tapdıq ƏLİBƏYLİ : BELƏ DƏ OLUR...

Etiraz aksiyalarını qadağan edəcəklər

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib

Hindistanın xarici işlər naziri sabah Azərbaycana səfər edəcək

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Sutka 25 saat olacaq: nə vaxt baş verəcəyi HESABLANDI

15 il sonra eyni filmdə... - Fotolar

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

“Sənə yetməyin bircə yolu var: Yanmaq!!!”

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Milli Məclis Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib, çağırış edib

"The New York Times": ABŞ və İsrail İrana yeni zərbələr endirməyi planlaşdırır

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031