Xəbərlər
22.10.2026, 22:06
Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Sənin qurub uçurduğun ürəyi mən topladım
Başladım e yığmağa da dayanmadan başladım.
Yenə söydüm səhərəcən taleyimi, bəxtimi
Dünən dostumu sındırdım, qonşumu qarğışladım.
Baxdım yağan yağışlara bulud-bulud ağladım
Hələ qürbət sərçələri yola çıxmamışdı heç.
Bax bu naqis adamlar, tikə parça adamlar
Mənim qəlbim qırılanda onu yığmamışdı heç.
Günəş işıq saçırdı e onu da söndürürdülər
Çevirdilər od - ocağın dumanını üstümə.
Bağışla, ilahi, məni küləklərin xətrinə
Bir də günəşi söndürmə, çiçəklərə küsdürmə..
Dönüb getmə ,saqi dayan, bir az mənə mey gətir
Salmaq istəmirəm yada qoxusu dağ çəkəni.
İçək səhərəcən içək, simi qırıq ney gətir
Nə qorxudar indən belə bu cür sınaq çəkəni?
Bir gözəlin qucağında aç e sübhün üzünü
Dağıt masaları dağıt, dağıt, qarışmayacam.
Bu gün unudacam onu, kipriyinə and olsun
Kimin qoynuna girsəm ondan danışmayacam.
Onun qırıb uçurduğu ürəyi mən topladım
Əllərimlə yaratdım e zəhrimar ağrısını..
Sonra baxdım səhərəcən əllərimə ağladım
Söndürmədi bu yağışlar canımın yanğısını
Bağışla ilahi məni, bu gecənin xətrinə…
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




