Xəbərlər
19.10.2026, 00:56
AD GÜNÜN MÜBARƏK, ƏZİZ SƏRİYYƏ - FOTO
Xeyirxahlığa, nəcibliyə və incə bir qəlbə malik, zəhmətkeş xanım Səriyyə Allahverdiyevanın ad gününə dost hədiyyəsi
Bu gün sevinc dolub ellərə yenə,
Gül açıb könüllər, dönüb çəmənə.
Bir ömür diləyi yazılır sənə,
Ad günün mübarək, əziz Səriyyə!
Xızının dağından nur alıb üzün,
Səmimiyyət ilə bəzənib sözün.
Sevgi ilə gülsün həmişə gözün,
Qəlblərdə iz qoyan gözəl Səriyyə!
Ömür bir karvandır, dayanmaz, gedər,
İnsan bu dünyada bir xoş iz edər.
Yaxşılıq illərdən-illərə keçər,
Xoş adınla ucal, əziz Səriyyə!
Hər yeni yaş sənə səadət verir,
Qəlbinə min arzu, məhəbbət gəlir.
Taleylə qapına xoş nemət gəlir,
Bəxtinə nur yağsın, gözəl Səriyyə!
Nə qədər ömür var, qoy sevgin artsın,
Könlündən kədərin kölgəsi qaçsın.
Hər səhər qapına xoş müjdə açsın,
Gülüşün solmasın, əziz Səriyyə!
İllər saçlarına dən sala bilər,
Zaman xatirənə xal vura bilər.
Sənin saf ürəyin nur saça bilər,
Qoy sevgi yaşatsın səni, Səriyyə!
Bu gün arzuların qoy qanad açsın,
Sevincin ömrünə bir çiçək açsın.
Allah hər bəladan səni hifz etsin,
Hər zaman var ol sən, əziz Səriyyə!
Qaldırın badəni, xoş söz deyək biz,
Bu gözəl günündə sağlıq deyək biz.
Sənə cansağlığı deyə bilək biz,
Ad günün mübarək, əziz Səriyyə!

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




