“Son baxış – Heydərin hekayəsi”
Təqdim etdi: Sevil İsayeva

Hörmətli oxucular, bu gün diqqətinizə Lənkəran rayonunun Cil kənd orta məktəbinin IX sinif şagirdi Elqiz Qənbərlinin qələmə aldığı “Son baxış – Heydərin hekayəsi” adlı təsirli hekayəni təqdim edirəm.
Elqizin hələ yeniyetmə yaşlarından bədii nəsrə maraq göstərməsi, qələmini belə həssas və məsuliyyətli mövzuda sınaması təqdirəlayiqdir. İnanıram ki, bu marağın yaranmasında onun babası, ədəbiyyatçı Allahverən müəllimin böyük rolu olmuşdur. Ədəbiyyata sevgi, sözə bağlılıq və mənəvi dəyərlərə hörmət ailədə qoyulan gözəl təməllərdən başlayır. Babasının ona aşıladığı bu maraq gənc qələm sahibinin yaradıcılıq yolunda mühüm bir başlanğıcdır.
Elqizin “Son baxış – Heydərin hekayəsi” Vətən sevgisi, qardaşlıq duyğusu, igidlik və şəhidlik mövzuları səmimi dillə ifadə olunub. Müəllif qəhrəmanın uşaqlıq xatirələrindən başlayaraq onun Vətən uğrunda göstərdiyi fədakarlığa qədər uzanan həyat yolunu oxucunun qəlbinə təsir edəcək şəkildə təsvir etməyə çalışıb. Bu yaşda belə mövzulara müraciət etmək gəncin milli dəyərlərə bağlılığının və söz sənətinə marağının göstəricisidir.
Əziz Elqiz, arzu edirəm ki, sözə olan sevginiz heç vaxt tükənməsin, qələminiz daim iti, düşüncələriniz aydın olsun. Yazmaq həvəsinizi daha da inkişaf etdirin, mütaliənizi artırın, həyatın və insanın mənəvi dünyasını dərindən öyrənməyə çalışın. Unutmayın ki, böyük yazıçı olmaq üçün istedadla yanaşı, səbir, zəhmət və davamlı öyrənmək də lazımdır. Sizə gələcək yaradıcılığınızda uğurlar arzulayıram!
İndi isə gənc müəllifin qələmə aldığı hekayəni hörmətli oxucuların diqqətinə təqdim edirəm.

SON BAXIŞ – Heydərin hekayəsi
“Qəhrəmanlar ölməz, onlar xatirələrdə yaşayar…”

O, Lənkəran rayonunun Cıl kəndində, dağlara baxan balaca bir evdə dünyaya göz açmışdı. Hər səhər babasının səsi ilə oyanar, məktəbə tələsərdi. Babası onun ilk dostu idi. Dəftər üzərində ilk hərfini onunla yazmışdı – “Vətən”.
Heydər balaca idi, amma ürəyi dağlar qədər böyük. Həyətin ortasında yelləncək qurur, amma həmişə böyük arzularla yellənirdi. Hər yellənişində sanki göylərə ucalırdı – gələcəyini o göylərdə axtarırdı. İdmanda güclü idi. Qaçanda küləyə qalib gəlirdi. Gözləri alışıb-yanırdı – çünki içində bir atəş vardı. O alov Vətəninə sevgisi idi.
Böyük qardaşı Əli ilə hər şeyini bölüşərdi. Əli onun üçün həm qardaş idi, həm qəhrəman. Uşaqlıqda birlikdə çayın kənarında oynayırdılar, sonralarsa silah çiyinlərində, Şuşa dağlarında addımlayırdılar. Əvvəllər yerdə daşla qalalar qururdular, indi isə göydən düşən mərmilər arasında Vətənin qalasını qoruyurdular.
Müharibə başlayanda bir söz dedi anasına: “Ana, mən getməsəm, kim getsin?!” Gözləri dolmuşdu anasının, amma onun gözlərində qorxu yox idi – qürur vardı.
Heydər döyüş meydanında da uşaqkən olduğu kimi cəsarətli idi. Silahı da sanki babasının öyrətdiyi qələmdi – məqsədi isə Vətənin azadlığı idi. Əli ilə birgə Şuşaya doğru irəliləyirdilər. Onların ayaq izləri torpağın qəlbinə həkk olunmuşdu.
Və o gün – 2020-ci il, noyabrın 8-i… Saatlar sükuta qərq olmuşdu. Müharibənin bitməsinə iki saat qalmışdı. Bir mərmi səssizliyi qırdı. Göy üzü qaraldı. Heydərin adı ucaldı. O, son nəfəsində göyə baxdı – sanki uşaqlıq yelləncəyi orada onu gözləyirdi.
Əli qardaşının üzərinə əyilmişdi. Göz yaşları torpağa qarışmışdı. Onun baxışlarında bir söz vardı: “Qardaşım şəhid oldu, amma Vətən yaşadı.”
Heydərin adı indi məktəb divarlarında, ürəklərdə və yuxularda yaşayır. Babası onun şəklinə baxanda hər dəfə bir cümlə deyir: “O, son dərsini Vətənə verdi – və dərsi qanı ilə yazdı.”
Kölgəsiz Kölgələr
30.04.2025

Son xəbərlər

Fransada iğtişaşlar fonunda bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək

"Ağ xalatlı qəhrəman" kitabının təqdimatı 17 oktyabr 2026-cı il tarixində Yardımlıda keçirildi - FOTOLAR

“Son baxış – Heydərin hekayəsi”

Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb - FOTO

Teymur Musayev Anar Bayramovu kollektivə təqdim etdi - FOTO

Avropanın turizm və kruizlər üçün ən yaxşı şəhəri bəlli oldu

Bir qrup energetik təltif edilib - Sərəncam

Kosmosda doğulan uşağın başına nə gələcək: alimlərin izahı

Ayağa qalxanda başınız gicəllənir: Bu nəyin XƏBƏRDARLIIDIR

HƏCC DƏLƏDUZLUĞU: Kasıbların haqqı varlılara satılıb? - Türkiyədə Diyanətə uzanan ittihamlar

Alyona Əliyeva konsertdə - Fotolar

Şəhla Xəlilqızı : BİTMƏZ İNSANDA - FOTO

Sabah rayonlara yağış yağacaq

Bakının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq

Anar Bayramov səhiyyə naziri təyin edilib

Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunub

Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb

Bəhruz Əhmədov Laçında hərbçilərlə görüşüb

Azərbaycan Basketbol Liqası: III turun daha bir oyunu bu gün keçiriləcək

Bu gün Nizami rayonunun bəzi ərazilərində işıq olmayacaq

Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - Foto

Şəhidlərin həyat hekayələri bir kitabda birləşdi: hər sətirdə bir ömür, hər hekayədə bir Vətən sevgisi, hər səhifədə bir ürək ağrısı... - FOTOLAR

Həsənxan ƏSƏDOV : İnsanlıq saxtalaşıbdır - FOTO

Tramp İsrail xalqına müraciət etdi

Latviya Ermənistandan göndərilən yaşıl çayı Avropaya buraxmadı

A Seriyası: “Yuventus” Turində “Latsio”ya məğlub olub

Salonunda şübhəli əşya tapılan təyyarə təcili eniş etdi

Fransada saxlanılanların sayı açıqlandı

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031