Xəbərlər
19.10.2026, 01:23
Latviya Ermənistandan göndərilən yaşıl çayı Avropaya buraxmadı
Dünya
Latviya Qida və Baytarlıq Xidməti (FVS) Ermənistandan gətirilən 57,6 kq yaşıl çay partiyasında Aİ-də qadağan olunmuş pestisid aşkar edildiyini bildirib.
"Unikal" xəbər verir ki, laboratoriya testləri həmçinin iki digər pestisidlərin icazə verilən səviyyələrini aşdığını aşkar edib.
8810 nömrəli partiyada Aİ-də istifadəsinə icazə verilməyən tolfenpirad olduğu bildirilib.
Bundan əlavə, lambda-sihalotrin və tiametoksam səviyyələrinin icazə verilən maksimum səviyyələri aşdığı qeyd edilib.
Yoxlamadan sonra göndərilən məhsulun Aİ-yə daxil olmasına icazə verilməyib. Agentlik bildirib ki, bu partiyanın paylanması qadağandır: məhsullar məhv edilməli və ya Aİ xaricindəki bir ölkəyə göndərilməlidir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


