Dəyərli izləyicilər! "Ədəbi Ahəng" səhifəsi bu dəfə sizə öz qəlbinin səsi ilə, yaşantıları ilə şeirlər və hekayələr yazan, dövrü - mətbuatda və müxtəlif antologiyalarda ( ölkə daxili və xaricində) müntəzəm olaraq yazıları ilə çıxış edən, yüksək mədəniyyətə malik dəyərli xanım yazıçı - şair Sahibə Yusif xanımın (Sahiba Mursaliyeva )
"Mən torpaq bir evdə böyüdüm" və " Çörək qoxusu" adlı şeirlərini təqdim edirəm.
Sizə xüsusi olaraq onu da qeyd edim ki, Sahibə xanımın yüksək dərəcədə şeir qiraətləri də var.


Çörək qoxusu

Üstümdən çörək qoxusu gəlir,
anamın əlləri kimi isti,
uşaqlığım kimi saf.
Səhərin alatoranında
odun sobasında qızaran xəmirdə
nənəmin duası var —
“ruzi bol olsun, ömür uzun”.
Deyə, pıçıldayır anamın üzərinə.
Həyətdəki ağacların yarpaqları
hələ də həmin iyə qarışır,
külək məni illər əvvələ aparır,
dəhliz boyu qaçan balaca ayaq izlərimə.
Elə gözəl illər idi ki...
Üstümdən çörək qoxusu gəlir,
köhnə samovarın səsi,
qonşu uşaqların qəhqəhəsi,
həyatın ən sadə xoşbəxtliyi.
İndi şəhərin sükutunda
yenə o qoxunu axtarıram-
bir az ev, bir az sevgi,
bir az da unudulmuş zaman kimi.
Amma nə nənəm var,
nə də anamın çörəyinin qoxusu.
Mən isə soyuq şəhərin küçələrində
ruhumun isinəcəyi yer axtarıram.


MƏN TORPAQ BİR EVDƏ BÖYÜDÜM .

Mən torpaq bir evdə böyüdüm, oğlum,
Divarı çiy kərpic, üstü qamışlı.
Anamın əliylə düzəltdiyi rəf,
Rəflərə düzdüyü qablar naxışlı.

O evdə nə gözəl sevgi var imiş,
O ev yaşadırmış ümidlərimi.
Xatirəm o evin şəklini çəkir,
Gəlir gözlərimə bir yuxu kimi.

Sübhün şəfəqiylə oyanıb hər gün,
Torpaq həyətimizi süpürgələrdik.
Heç bir şey ummadan anamız üçün,
Su da gətirərdik, yun da didərdik...

Bürünüb nənəmin güllü şalına,
Biz çiçək mövsümlü illər yaşadıq.
O ağır günlərdə xoşbəxt olmağı
Uşaq yaşımızla duyub anladıq.

Hər axşam yatmağa tələssək belə,
Oynardıq, ölüncə yorulanadək.
Sonra da xalçanın naxışlarını
Sayardıq, gözümüz yumulanadək.

Qaranlıq düşəndə barmaqlarımız,
Divarda kölgədən rəsm çəkərdi.
Bunu bacarmayan böyük qardaşım,
Yandırıb işığı çıxıb gedərdi.

Biz belə uşaqdıq... xoşbəxt, bəxtəvər,
Uzaqdıq qayğıdan, qada-bəladan.
Böyüyüb gördük ki, anam tək qalıb,
Nənəm də, atam da köçüb dünyadan.

Düşdü gözümüzdən dünya həmin gün,
Köksümüz içində ocaq qaladıq.
Böyüdük... böyümək itirmək imiş,
Kaş elə həmişə uşaq qalardıq.

Sahibə Yusif  : Çörək qoxusu - FOTO

Son xəbərlər

Oktyabrın 20-si Zəngilan şəhəri günüdür - FOTOLAR

Leyla Əliyeva Oğulcahan Atabayeva ilə görüşdü - FOTOLAR

"Eşref Rüya"nın aktrisası yeni serialda - FOTO

Ehsan aşını yeyən 100 nəfər zəhərləndi

Sahibə Yusif : Çörək qoxusu - FOTO

Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər

Paxıl insanları neylərdin, İlahi? - FOTOLAR

Rauf dostum ("Həkəri" qəzetinin redaktoru, şair-publisist, yaxın dostum Rauf İlyasoğluna)

Leyla Əliyeva Türkmənistanda səfərdədir

NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb

“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb

Fransada iğtişaşlar fonunda bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək

"Ağ xalatlı qəhrəman" kitabının təqdimatı 17 oktyabr 2026-cı il tarixində Yardımlıda keçirildi - FOTOLAR

“Son baxış – Heydərin hekayəsi”

Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb - FOTO

Teymur Musayev Anar Bayramovu kollektivə təqdim etdi - FOTO

Avropanın turizm və kruizlər üçün ən yaxşı şəhəri bəlli oldu

Bir qrup energetik təltif edilib - Sərəncam

Kosmosda doğulan uşağın başına nə gələcək: alimlərin izahı

Ayağa qalxanda başınız gicəllənir: Bu nəyin XƏBƏRDARLIIDIR

HƏCC DƏLƏDUZLUĞU: Kasıbların haqqı varlılara satılıb? - Türkiyədə Diyanətə uzanan ittihamlar

Alyona Əliyeva konsertdə - Fotolar

Şəhla Xəlilqızı : BİTMƏZ İNSANDA - FOTO

Sabah rayonlara yağış yağacaq

Bakının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq

Anar Bayramov səhiyyə naziri təyin edilib

Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunub

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031