Xəbərlər
19.10.2026, 13:39
Şəhla Xəlilqızı : BİTMƏZ İNSANDA - FOTO
Hərdən düşünməyə vaxtın olanda,
Oturub dinməyə taxtın olanda,
Allah yanında baxtın olanda,
Yaşamaq həvəsi sönməz insanda.
Əlini sıxaraq könül alanda,
Bir sevən ürəyi yada salanda,
Ömür kitabına xoş söz yazanda
Yaşamaq eşqi ölməz insanda.
Könül həmdəmin halını soruşsa,
Arzular, ümüdlər bir gün qovuşsa,
İncik düşən ürək eşqə yovuşsa,
İncikli,küskünlük bilməz insanda.
Nağıllar qoynunda uyuyub dalsa ,
Bir gün sevincindən əl-ələ çalsa,
Tikdiyi minarə əbədi qalsa,
Saldığı izində itməz insanda.
Ay Şəhla, xəyallar olsaydı gerçək,
De heç çəməndə solarmı çiçək?
Sənə təsəlli verən o, qəlb, o ürək,
Yaşamaq həvəsi bitməz insanda,
Vaxtsız bu dünyadan getməz insanda.

Oturub dinməyə taxtın olanda,
Allah yanında baxtın olanda,
Yaşamaq həvəsi sönməz insanda.
Əlini sıxaraq könül alanda,
Bir sevən ürəyi yada salanda,
Ömür kitabına xoş söz yazanda
Yaşamaq eşqi ölməz insanda.
Könül həmdəmin halını soruşsa,
Arzular, ümüdlər bir gün qovuşsa,
İncik düşən ürək eşqə yovuşsa,
İncikli,küskünlük bilməz insanda.
Nağıllar qoynunda uyuyub dalsa ,
Bir gün sevincindən əl-ələ çalsa,
Tikdiyi minarə əbədi qalsa,
Saldığı izində itməz insanda.
Ay Şəhla, xəyallar olsaydı gerçək,
De heç çəməndə solarmı çiçək?
Sənə təsəlli verən o, qəlb, o ürək,
Yaşamaq həvəsi bitməz insanda,
Vaxtsız bu dünyadan getməz insanda.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

