Xəbərlər
19.10.2026, 00:57
MİLLƏTİN DƏRDİNİ DANIŞAN ADAM
Qəzənfər Məsimoğlu
Özünün dərdini dilə gətirməz,
Pərdəyə söyləməz, telə gətirməz,
Ürəyində çəkər, selə gətirməz,
Millətin dərdini danışan adam.
Ayına baş əyməz, ilindən qorxmaz,
Yaşayıb gördüyü zülmdən qorxmaz,
Zindannan çəkinməz, ölümdən qorxmaz,
Millətin dərdini danışan adam.
Haqq adlı dəyişməz dinində olar,
Kötüyü başının önündə olar,
Şair Nəsiminin günündə olar,
Millətin dərdini danışan adam.
Boynunda kəndirə yetirməz nəzər,
Doğrunu danışar, doğrunu yazar,
Özü öz əliylə qəbrini qazar,
Millətin dərdini danışan adam.
Ölçüsü olarmı məhəbbətinin?
Önündə şax durar hər bir çətinin.
Danışan dilidi öz millətinin,
Millətin dərdini danışan adam.
Saflığı, düzlüyü haça saxlayar,
Yeməz, öz payını aca saxlayar,
Haqqın bayrağını uca saxlayar,
Millətin dərdini danışan adam.
Çökdürər ömrünə dumanı, çəni,
Saçlarına vaxtsız ələnər dəni.
Qəlbinə axıdar gözündən nəmi,
Millətin dərdini danışan adam.

Özünün dərdini dilə gətirməz,
Pərdəyə söyləməz, telə gətirməz,
Ürəyində çəkər, selə gətirməz,
Millətin dərdini danışan adam.
Ayına baş əyməz, ilindən qorxmaz,
Yaşayıb gördüyü zülmdən qorxmaz,
Zindannan çəkinməz, ölümdən qorxmaz,
Millətin dərdini danışan adam.
Haqq adlı dəyişməz dinində olar,
Kötüyü başının önündə olar,
Şair Nəsiminin günündə olar,
Millətin dərdini danışan adam.
Boynunda kəndirə yetirməz nəzər,
Doğrunu danışar, doğrunu yazar,
Özü öz əliylə qəbrini qazar,
Millətin dərdini danışan adam.
Ölçüsü olarmı məhəbbətinin?
Önündə şax durar hər bir çətinin.
Danışan dilidi öz millətinin,
Millətin dərdini danışan adam.
Saflığı, düzlüyü haça saxlayar,
Yeməz, öz payını aca saxlayar,
Haqqın bayrağını uca saxlayar,
Millətin dərdini danışan adam.
Çökdürər ömrünə dumanı, çəni,
Saçlarına vaxtsız ələnər dəni.
Qəlbinə axıdar gözündən nəmi,
Millətin dərdini danışan adam.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


