Xəbərlər
20.10.2026, 01:10
“Heç kimin inancımı sorğulamağa haqqı yoxdur”
Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Azərbaycanda vahid məktəbli forması ilə bağlı paylaşıma dəstək olduqdan sonra ünvanına tənqidlər səsləndirilib.
“Qafqazinfo” xəbər verir ki, aktrisa barəsində yazılan tənqidlərə etiraz edib.
“Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığımı və ya inancımı sorğulamağa haqqı yoxdur.
Bir paylaşımı bəyəndiyim üçün şəxsən mənə aid olmayan düşüncələri mənim adıma təqdim edən, tənqid həddini aşan təhqir və şəxsiyyət hüquqlarıma yönəlmiş hücumları qətiyyətlə rədd edirəm.
Bu proses çərçivəsində təhqir və şəxsiyyət hüquqlarının pozulması ehtimalı olan paylaşımlarla bağlı sübutlar toplanıb, bütün hüquqi və cinayət-hüquqi tədbirlərin görülməsi üçün vəkillərimə müraciət edilib. Məsul şəxslərlə bağlı məhkəmədə hesablaşacağam.
Bundan əlavə, bu prosesin sonunda əldə ediləcək vəsaiti və təyin olunacaq təzminatları uşaqların təhsilinə dəstək məqsədilə Darüşşafaka Cəmiyyətinə və Türk Təhsil Fondunun vəqfinə bağışlayacağımı ictimaiyyətə bildirirəm. Kimliyim, inancım və dəyərlərim üzərindən aparılan heç bir hörmətsizlik cəhdinə boyun əyməyəcəyəm”, - o, sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


