Şimali Koreya lideri Kim Çen İnin beyninə qan sızması nəticəsində komaya düşdüyü barədə sosial şəbəkələrdə iddialar yayılıb.

“Qafqazinfo” “The Sun” nəşrinə istinadən xəbər verir ki, iddialara görə, vəziyyəti kəskin pisləşdiyindən və Pxenyanın tibbi imkanları kifayət etmədiyindən o, təcili müalicə üçün Çinə aparılıb.

Şayiələrdə onun Pekindəki “Peking Union Medical College” xəstəxanasında təcili müalicə olunduğu bildirilir. Şimali Koreya lideri sonuncu dəfə oktyabrın 11-də Pxenyanda müdafiə muzeyini ziyarət edərkən görünüb.

Şimali Koreya üzrə analitik Benedikt Rocers nəşrlə söhbətində bildirib ki, Kim Çen İnin səhhəti və ya ölümü ilə bağlı əvvəllər də analoji şayiələr yayılıb. O, rejim tərəfindən tezliklə onun sağ-salamat olduğunu göstərən sübutların təqdim ediləcəyini gözlədiyini deyib:

“Əvvəllər də onun ölümü haqqında xəbərlər gəzirdi. O, sağlam görünmür və həddindən artıq çəkilidir. Keçmiş təcrübələr göstərir ki, ali lider vəfat etdikdə ölkədə kütləvi hüzn və kədər nümayiş etdirilir. Hələlik belə bir şey müşahidə olunmur. Əgər o sağdırsa, tezliklə bunu təsdiqləyən kadrlar yayımlanacaq”.

Ekspertlərin fikrincə, diktator vəfat edəcəyi təqdirdə hakimiyyəti müvəqqəti olaraq onun bacısı Kim Yo-çonq öz üzərinə götürə bilər. Təhlilçilər hesab edirlər ki, bacısı Kimin 13 yaşlı qızı Kim Cu-e kifayət qədər böyüyənədək ölkəni idarə edəcək. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, məhz Cu-e atasının əsas xələfi hesab olunur.

Məlumat üçün bildirək ki, 140 kiloqramdan çox çəkisi olan Kim Çen İnin zərərli vərdişləri və həddindən artıq kökəlməsi onun ürək-damar xəstəlikləri riskini artırır. Onun atası Kim Çen İr və babası Kim İr Sen də analoji səhhət problemlərindən əziyyət çəkiblər.

Son xəbərlər

Kim Çen İn komaya düşüb? - Bacısı yerinə keçə bilər

“Heç kimin inancımı sorğulamağa haqqı yoxdur”

Türkmənistan mələyi - FOTO

Pakistanın Baş Qərargah rəisi Tehrana gedir

Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” olaraq dəyişdirməyi təklif etdi

Ağ Evin bir müddət mətbuat katibi olmayacaq

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Oktyabrın 20-si Zəngilan şəhəri günüdür - FOTOLAR

SÖZÜNƏ SƏDAQƏTLİ, QƏLƏMİNƏ VƏFALI ZİYALI — HÜSEYN İSAOĞLU 65 YAŞINDA

PÜSTƏ RƏVAN : GÖRÜŞÜNƏ TƏLƏSİRƏM MƏN - FOTO

Leyla Əliyeva Oğulcahan Atabayeva ilə görüşdü - FOTOLAR

"Eşref Rüya"nın aktrisası yeni serialda - FOTO

Ehsan aşını yeyən 100 nəfər zəhərləndi

Sahibə Yusif : Çörək qoxusu - FOTO

Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər

Paxıl insanları neylərdin, İlahi? - FOTOLAR

Rauf dostum ("Həkəri" qəzetinin redaktoru, şair-publisist, yaxın dostum Rauf İlyasoğluna)

Leyla Əliyeva Türkmənistanda səfərdədir

NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb

“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb

Fransada iğtişaşlar fonunda bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək

"Ağ xalatlı qəhrəman" kitabının təqdimatı 17 oktyabr 2026-cı il tarixində Yardımlıda keçirildi - FOTOLAR

“Son baxış – Heydərin hekayəsi”

Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb - FOTO

Teymur Musayev Anar Bayramovu kollektivə təqdim etdi - FOTO

Avropanın turizm və kruizlər üçün ən yaxşı şəhəri bəlli oldu

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031