Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Türkmənistanın Arkadağ şəhərində Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva ilə görüşüb.

"Turaztv.az" "Unikal" -a istinadən xəbər verir ki, Oğulcahan Atabayeva birgə fəaliyyət sayəsində Azərbaycan-Türkmənistan qardaşlıq münasibətlərinin iki fond səviyyəsində də dinamik inkişaf etdiyini bildirib. O, bir çox ölkədə nümayiş etdirilmiş və sabah açılışı nəzərdə tutulan MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin dərin məna daşıdığını diqqətə çatdırıb. O.Atabayevanın sözlərinə görə, incəsənət xalqları və millətləri birləşdirən universal beynəlxalq dildir. Bu sərgi yalnız mənəvi-mədəni zövq bəxş etmir, hətta ətraf mühitin mühafizəsi məsələlərinə də diqqət çəkir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iki ölkəni birləşdirən ortaq ənənələri və mədəni irsi xüsusi qeyd edib. O, hər iki ölkənin üzləşdiyi ümumi ekoloji problemlərə, o cümlədən Xəzər dənizinin səviyyəsinin enməsi məsələsinə diqqət çəkərək, MAMA “Ana təbiət” sərgisinin ictimaiyyətin diqqətini məhz bu mövzuya cəlb etmək məqsədi daşıdığını deyib. Leyla Əliyeva hər bir insanın təbiətə qarşı məsuliyyətli olmasının və birgə evimiz olan planetimizə qayğı göstərməyin vacibliyini qeyd edib. O, həmçinin su ehtiyatlarının qorunması problemlərini işıqlandıran Heydər Əliyev Fondunun “Bir damcı” layihəsini də xatırladıb.


Son xəbərlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” olaraq dəyişdirməyi təklif etdi

Ağ Evin bir müddət mətbuat katibi olmayacaq

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Oktyabrın 20-si Zəngilan şəhəri günüdür - FOTOLAR

SÖZÜNƏ SƏDAQƏTLİ, QƏLƏMİNƏ VƏFALI ZİYALI — HÜSEYN İSAOĞLU 65 YAŞINDA

PÜSTƏ RƏVAN : GÖRÜŞÜNƏ TƏLƏSİRƏM MƏN - FOTO

Leyla Əliyeva Oğulcahan Atabayeva ilə görüşdü - FOTOLAR

"Eşref Rüya"nın aktrisası yeni serialda - FOTO

Ehsan aşını yeyən 100 nəfər zəhərləndi

Sahibə Yusif : Çörək qoxusu - FOTO

Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər

Paxıl insanları neylərdin, İlahi? - FOTOLAR

Rauf dostum ("Həkəri" qəzetinin redaktoru, şair-publisist, yaxın dostum Rauf İlyasoğluna)

Leyla Əliyeva Türkmənistanda səfərdədir

NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb

“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb

Fransada iğtişaşlar fonunda bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək

"Ağ xalatlı qəhrəman" kitabının təqdimatı 17 oktyabr 2026-cı il tarixində Yardımlıda keçirildi - FOTOLAR

“Son baxış – Heydərin hekayəsi”

Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb - FOTO

Teymur Musayev Anar Bayramovu kollektivə təqdim etdi - FOTO

Avropanın turizm və kruizlər üçün ən yaxşı şəhəri bəlli oldu

Bir qrup energetik təltif edilib - Sərəncam

Kosmosda doğulan uşağın başına nə gələcək: alimlərin izahı

Ayağa qalxanda başınız gicəllənir: Bu nəyin XƏBƏRDARLIIDIR

HƏCC DƏLƏDUZLUĞU: Kasıbların haqqı varlılara satılıb? - Türkiyədə Diyanətə uzanan ittihamlar

Alyona Əliyeva konsertdə - Fotolar

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031