Xəbərlər
19.10.2026, 23:33
PÜSTƏ RƏVAN : GÖRÜŞÜNƏ TƏLƏSİRƏM MƏN - FOTO

Çox illər keçibdir o ilk görüşdən,
Yenə görüşünə tələsirəm mən,
Həmin həyacanla, həmin sevinclə,
Yenə görüşünə tələsirəm mən.
Həmin mətinliklə, həmin dözümlə,
Baxıram yollara nəmli gözümlə,
Bacara bilmirəm özüm - özümlə,
Yenə görüşünə tələsirəm mən.
Hərənin bir cürə yazılıb baxtı,
Məni də məhəbbət yandırdı yaxdı,
Baxıram saata deyirəm vaxtdı,
Yenə görüşünə tələsirəm mən.
Bir yandan küləkdir, bir yandan yağış,
Gedirəm o yolu mən qarış-qarış,
Eybi yox, qoy gülsun mənə dost- tanış,
Yenə görüşünə tələsirəm mən.
Əlvida söylədin mənə aramla,
Süzüldü gözümdən yaş damla-damla,
Bəs hansı ümüdlə, hansı inamla,
Sənin görüşünə tələsirəm mən.
Çoxları üzümə günahkar dedi,
Baxaraq gözümə günahkar dedi,
Sənə yox, özünə günahkar dedi,
Yenə görüşünə tələsirəm mən.
Həyat mənlə acı rəftar eyləyir,
Nələr çəkdiyimi yarım bilməyir,
Məni məhəbbətim vadar eyləyir,
Yenə görüşünə tələsirəm mən.
Nə yaxşı ki, eşqim sona yetməyib,
Məndən xəyalların küsüb getməyib,
Acı həqiqəti qəbul etməyib,
Yenə görüşünə tələsirəm mən.
Püstənin qədrini bilməyəcəksən,
Axan göz yaşını silməyəcəksən,
Bilirəm görüşə gəlməyəcəksən,
Amma görüşünə tələsirəm mən.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

