Xəbərlər
3.08.2024, 23:57
GÜLSÜN QOY ÜZÜNƏ HƏYAT HƏR ZAMAN - FOTOLAR
GÜLSÜN QOY ÜZÜNƏ HƏYAT HƏR ZAMAN
(QIZIM SƏBİNƏYƏ)
(QIZIM SƏBİNƏYƏ)
İsti yay günündə açdı bir çiçək,
Ətriylə baharı, yazı gətirdi.
O mələküzlü qız, ay camalıyla,
Könlümdə dil açan sazı gətirdi.
Oldu evimizin şirin nağılı,
Ömrümə bəxş olan ilk nübar payım.
Səhər pəncərəmə doğan günəşim,
Gecə işıq saçan ulduzum, ayım.
İsmini mən verdim, bəxtini Tanrı,
Yolunda nə boran, nə qar olmasın.
Adı da özütək gözəl qızımın,
Qəlbinə heç zaman kədər dolmasın.
Layiqli övladdır, sevimli bacı,
İki gül nəvəmin anasıdır o.
Ata-anasının başının tacı,
Bir evin gəlini, sonasıdır o.
Budur Səbinəmə arzum-diləyim:
Xoşbəxt ol hər zaman ailənlə sən.
Nə qədər böyüyüb yaşa dolsan da,
Mənim gözlərimdə elə körpəsən.
Bu doğum günündə təbrikə gələn,
Yaxın, doğmaları yığıb başına.
Ötən bir ilini geridə qoyub,
Şükür, addım atır yeni yaşına.
Gülsün qoy üzünə həyat hər zaman,
Bütün arzuların dönsün gerçəyə.
Yenə təbriklərdən ,,çələng" bağlayıb,
Göndərək ayüzlü gözəl-göyçəyə.
Ətriylə baharı, yazı gətirdi.
O mələküzlü qız, ay camalıyla,
Könlümdə dil açan sazı gətirdi.
Oldu evimizin şirin nağılı,
Ömrümə bəxş olan ilk nübar payım.
Səhər pəncərəmə doğan günəşim,
Gecə işıq saçan ulduzum, ayım.
İsmini mən verdim, bəxtini Tanrı,
Yolunda nə boran, nə qar olmasın.
Adı da özütək gözəl qızımın,
Qəlbinə heç zaman kədər dolmasın.
Layiqli övladdır, sevimli bacı,
İki gül nəvəmin anasıdır o.
Ata-anasının başının tacı,
Bir evin gəlini, sonasıdır o.
Budur Səbinəmə arzum-diləyim:
Xoşbəxt ol hər zaman ailənlə sən.
Nə qədər böyüyüb yaşa dolsan da,
Mənim gözlərimdə elə körpəsən.
Bu doğum günündə təbrikə gələn,
Yaxın, doğmaları yığıb başına.
Ötən bir ilini geridə qoyub,
Şükür, addım atır yeni yaşına.
Gülsün qoy üzünə həyat hər zaman,
Bütün arzuların dönsün gerçəyə.
Yenə təbriklərdən ,,çələng" bağlayıb,
Göndərək ayüzlü gözəl-göyçəyə.
BELA ZƏNGİBASARLI.
03.08.2024.
03.08.2024.
BU GÜN MƏNİM İLK ÖVLADIM, MƏNƏ İLK ANA STATUSU QAZANDIRAN ƏZİZ BALAM SƏBİNƏ XANIMIN DOĞUM GÜNÜDÜR!
MƏN ƏZİZ BALAMI ÖZƏL GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK EDİR, ONA SAĞLIQLI ÖMÜR, MƏNALI HƏYAT, AİLƏ SƏADƏTİ DİLƏYİLƏ YENİ YAŞI VƏ DÜNYAYA GƏLİŞİ MÜBARƏK OLSUN DEYİRƏM.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








