Turaztv.az » Xəbərlər » BELA ZƏNGİBASARLI: DÜNYA - FOTO
Xəbərlər / Nesr

BELA ZƏNGİBASARLI: DÜNYA - FOTO

10.05.2024, 22:55 444
BELA ZƏNGİBASARLI: DÜNYA - FOTO
DÜNYA

Kimi qəh-qəh çəkər, kimi dərd çəkər,
Kimi sevinc biçər, kimi qəm əkər,
Varlı kef eyləyər, kasıb tər tökər,
Məzlumun üzünə qarasan, dünya.

Üzünə gülürsən hər bir qansızın,
Bundan xoşhal olan, hər imansızın.
Yuvası olmayan, hər ünvansızın,
İçində sızlayan yarasan, dünya.

Bir insaf eyləyib, qadasını al,
Bir dəfə rəhm eylə, gəl yanında qal.
Yazığın başına çəkib bir sığal,
Nə olar saçını darasan, dünya.

Rəhmi, mərhəməti düz bölməyirsən,
Axan göz yaşını heç silməyirsən.
Dərdlinin üzünə sən gülməyirsən,
Barı bir dərdinə yarasan, dünya.

Sən nərd taxtasında belə gərdişlə,
Şeş-beşi atırsan ustad vərdişlə,
Belə addım ilə, belə gedişlə,
Üz tutub gedirsən hara sən, dünya?

Qanqalın yerində çiçək bitirsən,
Vicdanı oyadıb dilə gətirsən,
Haqqın dərgahına özün yetirsən,
Bax onda edərsən çarə sən, dünya.

10.05.2024

BELA ZƏNGİBASARLI: DÜNYA - FOTO

Oxşar xəbərlər