Turaztv.az » Xəbərlər » Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib
Xəbərlər

Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

10.11.2026, 14:16 2
Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Antalyada keçirilən COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunu ziyarət edib.

"Report"un Türkiyə bürosunun məlumatına görə, vitse-prezident pavilyonla tanış olub, həmçinin Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşüb.

Görüşdə Azərbaycan-Türkiyə münasibətləri, iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

C.Yılmaz Türkiyənin COP31-ə hazırlıq prosesində Azərbaycanın COP29-un təşkili zamanı qazandığı təcrübədən yararlanmasının əhəmiyyətini vurğulayıb və bu sahədə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

O, Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmazlığını qeyd edərək, əlaqələrin gələcəkdə daha da möhkəmlənməsini və inkişaf etməsini arzulayıb.

Oxşar xəbərlər