Xəbərlər
19.10.2026, 15:38
"Ağ xalatlı qəhrəman" kitabının təqdimatı 17 oktyabr 2026-cı il tarixində Yardımlıda keçirildi - FOTOLAR
Onun haqqında yazanda sanki mən də onunla bərabər əynimə əsgər paltarı geyinib döyüş bölgəsində oldum. Onunla bərabər səngərdən səngərə qaçdım. Gah əlimə silah alıb düşmənə qarşı vuruşdum, gah da əlimdə olan tibb çantası ilə yaralıların yarasını sarıdım, onları həyata qaytardım.
Onun haqqında yazanda onunla bərabər mən də Füzulinin o keçilməz sədlərini keçdim, Cəbrayılın təhlükəli yollarında yeridim. Onunla bərabər mən də o anları yaşadım... Onun haqqında danışan ailə üzvlərinin hər birinin sözlərindən şəhidimi yaxından tanıdım.
O elə bir qəhrəmandır ki, onu hamı tanımalıdır! Çünki onun cəbhədəki vəzifəsi yalnız əlinə tibb çantasını alıb yaralıları xilas etməklə bitmədi, o həm də silaha sarılıb düşmənə qarşı mərdliklə döyüşdü. Azad olunan torpaqlarımızda onun da payı var, onun da haqqı var! O həm canlar xilas etdi, həm də torpaqlarımızın azadlığı uğrunda böyük fədakarlıq göstərdi.
O bizim şəhidimiz — Yardımlıdan olan Cavid Zeynalovdur.
Onun haqqında qələmə aldığım "Ağ xalatlı qəhrəman" kitabının təqdimatı 17 oktyabr 2026-cı il tarixində doğma Yardımlı rayonunda baş tutdu. Söz vermişdim ki, mövluduna bu kitabı çatdıracağam, onun ruhuna hədiyyə edəcəyəm. Və bunu etdim — verdiyim sözü tutdum!
Ruhun şad olsun, şəhidim!

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay







