“Təhsildən səngərə, səngərdən əbədiyyətə…” kitabının təqdimatı olub - FOTOLAR
Qarabağ müharibəsində könüllü olaraq Vətənin müdafiəsinə qalxan və döyüş yolu odlu səngərlərdən keçən 1402 idmançı iştirak edib. Onlardan 36 nəfəri şəhid olub, 158 nəfəri yaralanıb. Birinci Qarabağ müharibəsində və Vətən müharibəsi uğrunda döyüşlərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 416 nəfər məzunu iştirak edib. Onlardan 49 nəfəri Vətən uğrunda döyüşlərdə canını fəda edib, o cümlədən 33 nəfər Birinci Qarabağ müharibəsində, 16 nəfər Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. İdmançı-döyüşçülərdən 41 nəfəri yaralanıb, üç nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında pedaqoji üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin “Təhsildən səngərə, səngərdən əbədiyyətə…” kitabının təqdimat mərasimində danışılıb.

Mərasimin əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vətən müharibəsində akademiyanın tələbə və məzunlarının iştirakını əks etdirən videoçarx nümayiş olunub.

“Olimpiya dünyası” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyev Birinci Qarabağ müharibəsində və 2020-ci ilin payızında xalqımızın əldə etdiyi möhtəşəm Zəfərdən və onun qazanılmasında ölkəmizin idmançılarının rolu barədə məlumat verib, kitabda həmin döyüşlərin iştirakçısı olan idmançılardan haqqın dərgahına qovuşan 48 nəfəri haqqında söhbət açıldığını bildirib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev erməni quldurlarının xalqımıza qarşı olan nifrətinin tarixi kökləri, çox-çox əvvəldən başlanan və bu günə qədər davam edən erməni xislətindən bəhs edib. Xalqımızın hərb tarixinə möhtəşəm Zəfər kimi daxil olan Vətən müharibəsindəki qələbənin əhəmiyyəti və həmin qələbənin qazanılmasında idmançı-döyüşçülərin rolundan danışıb. O qeyd edib ki, “Təhsildən səngərə, səngərdən əbədiyyətə…” kitabı bu barədə etibarlı mənbədir.

Şəhid-idmançıların valideynləri onların övladlarının qəhrəmanlıq yolunu əks etdirən kitabın onlar üçün dəyərli mənbə olduğunu bildirib və bu yolda zəhmət çəkdiyi üçün müəllifə minnətdarlıq ediblər.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının rəhbəri Eldar İsmayılov, şair Tapdıq Əlibəyli və başqaları kitabın məziyyətlərindən danışıb, kitabı Vətənin ağır günlərində onun müdafiəsinə qalxan idmançı-döyüşçülərin keçdiyi mübarizə yolu haqqında tutarlı mənbə kimi dəyərləndiriblər.

Kitabın müəllifi Dilqəm Quliyev onun əməyinə verdikləri yüksək qiymətə görə təşəkkür edib, “Təhsildən səngərə, səngərdən əbədiyyətə…” kitabını şəxsi avtoqrafı ilə şəhidlərin valideynləri və qazilərə bağışlayıb, xatirə şəkilləri çəkilib.
“Təhsildən səngərə, səngərdən əbədiyyətə…” kitabının təqdimatı olub - FOTOLAR
“Təhsildən səngərə, səngərdən əbədiyyətə…” kitabının təqdimatı olub - FOTOLAR
“Təhsildən səngərə, səngərdən əbədiyyətə…” kitabının təqdimatı olub - FOTOLAR
“Təhsildən səngərə, səngərdən əbədiyyətə…” kitabının təqdimatı olub - FOTOLAR
“Təhsildən səngərə, səngərdən əbədiyyətə…” kitabının təqdimatı olub - FOTOLAR
“Təhsildən səngərə, səngərdən əbədiyyətə…” kitabının təqdimatı olub - FOTOLAR
“Təhsildən səngərə, səngərdən əbədiyyətə…” kitabının təqdimatı olub - FOTOLAR
“Təhsildən səngərə, səngərdən əbədiyyətə…” kitabının təqdimatı olub - FOTOLAR
“Təhsildən səngərə, səngərdən əbədiyyətə…” kitabının təqdimatı olub - FOTOLAR

Son xəbərlər

“Çempionlar Liqssında suyumuzu çıxardılar”

Aygül Bağırova : İçimdə böyüməyən uşaq

Bu ölkədə iki nazir birdən istefa verdi

“Hakimliyin səviyyəsi qalxmalıdır” - “Sabah”ın baş məşqçisi

Murat Övüçə 11 ay həbs cəzası verildi

"Qalatasaray" kubokla vidalaşdı

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 3 il ötür

Media: Fransa “Rafale” təyyarələri üçün dron əleyhinə ucuz sursatlar hazırlayır

Vaşinqton İranla atəşkəs haqqında Tel-Əvivi məlumatlandırıb

TƏBİB-də kimlər vəzifəsindən azad edildi? - SİYAHI

Bu tarixlərdə dərs olmayacaq

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

"Kıskanmak"ın final tarixi bəlli oldu

İbrahim Çelikkola görə 2 illik əziyyət hədər oldu

Boşanma xəbərlərinə belə açıqlama verdilər

Gözəlliklərə dirənək...

AY ÖMÜR QATARIM - FOTO

Tələbə Auditoriyasından Səngərə Uzanan Yol - FOTO

Astananın sərgi mərkəzində Azərbaycan pavilyonu açılıb

"Maliyyə icarəsi haqqında" qanun layihəsi plenar iclasa tövsiyə edilib - YENİLƏNİB

İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib

Yağıntılar intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Sabahdan Slovakiyaya “Drujba” kəməri ilə neft nəql olunacaq

Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib

Xəzər dənizində zəlzələ olub

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930