Xəbərlər
29.08.2026, 10:22
Dondurma yeyənə ayda 10 min maaş verəcək
Dünyaca məşhur reper Snup Doq (Snoopp Dogg) tərəfindən yaradılan dondurma brendi qeyri-adi iş elanı ilə diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, şirkət dünyanın müxtəlif ölkələrindən müraciətlər üçün açıq olan “Beynəlxalq Dondurma Dadına Baxış Eksperti” vəzifəsi üzrə işçi axtarır.
Seçiləcək şəxs üç aylıq müqavilə çərçivəsində ayda 10 min dollar qazanacaq. Bu vəzifə üçün peşəkar aşpazlıq və ya qastronomiya təcrübəsi tələb olunmur.
Vəzifə tamamilə uzaqdan həyata keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən namizədlər müraciət edə bilər.
Müraciətlər avqustun 27-də başlayıb və namizədlərə ərizələrini təqdim etmək üçün üç həftə vaxt verilib. Seçilən şəxsdən brend komandası ilə mütəmadi görüşlər keçirməsi və zərurət yarandıqda səfərlərdə iştirak etməsi gözlənilir.
İşçinin əsas vəzifəsi brendin müxtəlif dondurma məhsullarını dadmaq və onlar barədə komandaya müntəzəm rəy bildirmək olacaq. Namizəd yeni dadlar, istehlakçı trendləri və məhsul ideyaları ilə bağlı fikirlərini də şirkətlə bölüşəcək.
Brendin təqdim etdiyi imkan bununla da məhdudlaşmır. Seçilmiş dadma eksperti müxtəlif məhsulları sınayaraq onların dadı və yeni trendlərə uyğunluğu barədə qiymətləndirmələr aparacaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay