Dondurma mövsümü başladı - Zəhərlənməmək üçün bunları bilmək vacibdir

Havaların isinməsi ilə əlaqədar ölkədəki mağazalarda dondurma satışında canlanma müşahidə edilir. Dondurma mövsümünün açılması isə hər zaman bu qida məhsulundan zəhərlənmələrlə müşayiət olunur.

Əhali arasında belə bir iddia var ki, dondurma satan şirkətlər ötən ildən qalan məhsullarını yaz aylarında və yayın əvvəllərində satışa çıxarır, bu isə əhalinin vaxtı keçmiş qida istehlakına və zəhərlənmələrə səbəb olur.

Bu iddialar təsdiqini tapmasa da, təkzibini sübut edəni də hələ olmayıb.

Lakin vaxtı keçmiş məhsuldan əlavə, saxlanma şəraiti və temperaturu düzgün olmayan dondurmalar da sağlamlıq üçün ciddi təhlükədir.


Bəs dondurma alarkən nələrə diqqət etmək lazımdır?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, kənar təsirlərə - istiyə, soyuğa, qoxuya daha tez məruz qaldığı üçün dondurma alarkən məhsulun qabının əzilmiş olmadığı və hermetikliyinin pozulmadığına diqqət etmək lazımdır:

"Məhsulda kəsmiyəbənzər, qumabənzər köpüklü əlamətlər olmamalıdır. Dondurma satılan yerlər sanitar-gigiyenik tələblərə cavab verməli və satıcı gigiyena qaydalarına riayət etməli, təmiz iş geyimində olmalıdır. Dondurmanın üzərinə birbaşa günəş şüaları düşməməlidir. Əgər dondurma açıq havada satılırsa, soyuducular kölgə düşən yerlərdə saxlanmalıdır.

Dondurma alarkən məhsulun etiketində qeyd edilmiş temperaturda saxlanıldığına diqqət eləmək lazımdır. Eyni zamanda, məhsulun etiketində istehsal və son istifadə tarixi düzgün qeyd edilməlidir. Keyfiyyətli dondurmanın tərkibində əlavələr mümkün qədər az və 40 faiz süd olmalıdır.
Dondurmaların saxlanma şəraitinə mütləq əməl edilməlidir. Belə ki, dondurmanı digər qida məhsulları ilə bir yerdə saxlamaq olmaz. Bu məhsullar mütləq etiketində qeyd edilmiş və sabit temperaturda saxlanmalıdır.


Dondurmanın saxlanma temperaturu onun növündən və tərkibindəki əlavələrdən də asılıdır. Növündən asılı olaraq topdan satış məntəqələrində xüsusi soyuducu kameralarda -18°C-də saxlanılmalıdır”.

Məlumat üçün bildirək ki, əgər vətəndaşların dondurmalarla bağlı hər hansı narahatlığı olarsa, bu barədə konkret faktlarla 1003 "Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər.

Son xəbərlər

Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib

Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı qəbirüstü abidəsi hazırdır

Türkiyənin Avropa üçün hərbi önəmi – Şahinlər Baltikyanı ölkələrin səmasında - ŞƏRH

Qazini cərəyan vurub öldürdü - Foto

Azərbaycan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının İordaniyadakı təlimi başa çatıb

Zelenski: Ukrayna Rusiyanın dəniz terminalına və 3 logistika mərkəzinə zərbə endirib

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Sadır Japarov Mərkəzi Asiya ölkələri üçün vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb

AzTU-da elektron diplomların verilməsinə başlanıldı: Rektor ilk diplomları imzaladı

Polis itkin düşmüş kimi axtarılan 10 nəfəri tapdı

“Cəbiş müəllim”in qızı banka etiraz etdi - Bu reklama görə

Antibiotik və ağrıkəsici qəbul edənlər bunu bilməlidir

Uşaq qidaları ilə bağlı şokedici araşdırma - Alimlər nələr aşkar ediblər?

“WhatsApp Web” istifadəçilərinə şad xəbər: Bu yenilik sizin üçündür

Nikolas Keycin çəkildiyi casus filmi yoxa çıxdı - “Netflix”də sirli oğurluq

Sabah 39 dərəcə isti olacaq

BELA ZƏGİBASARLI : SƏHƏRİN DANI - FOTO

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir

Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir

“Fox”: Türkiyə F-35 qırıcılarının alınması ilə bağlı tələbləri hələ yerinə yetirməyib

UEFA FIFA turnirlərini boykot etməklə hədələyir

Əməyi yüksək ada layiq - FOTO

Hacıməmməd Məmmədov : Zamanın yaddaşında yaşayan müəllim - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031