Xəbərlər
9.07.2026, 22:59
İNSAN GÜNDÜZ DÜNYANI, GECƏ İSƏ ÖZÜNÜ TANIYIR - FOTO
ELNUR XƏLİL
Bilirik ki, gecənin sakitliyi insan ruhuna həm dərin bir dinclik, həm də kəskin tənhalıq hissi bəxş edir. Zülmət və sükut bəzən insanın daxili aləmini üzə çıxarır, qaranlıq isə onu düşünməyə, özünə qayıtmağa vadar edir. Elə buna görə də gecə təkcə istirahət vaxtı deyil, həm də mənəvi tarazlığın, daxili hesabatın və özünü dərk etməyin zamanıdır.
Hər nə qədər qaranlıq çox vaxt şərin rəmzi kimi qəbul edilsə, gündüzün işığı axşamın qaranlığından üstün tutularsa da, ruhumuzun ən dərin qatlarında bizi gecəyə bağlayan sirli bir cazibə yaşayır. Elə bir cazibə ki, insanı ətraf aləmi başqa gözlə görməyə, başqa ürəklə duymağa çağırır. Çünki bəzi həqiqətlər yalnız qaranlığın səssizliyində görünür.
El arasında təsadüfən demirlər: "İnsan gündüz dünyanı, gecə isə özünü tanıyır." Həqiqətən də, gündüz gözlər görür, gecə isə qəlb danışır. Gündüz insan cəmiyyətin, qayğıların və saysız-hesabsız səslərin içində yaşayır. Gecə isə onu özü ilə üz-üzə qoyur. Məhz buna görə də bəziləri gecəni həsrətlə gözləyir, bəziləri isə onun tez bitməsini arzulayır. Çünki gecə insanın daxilində gizlənən duyğuları oyadan, bəzən ona məğlub olduğumuz, bəzən isə üzərində qələbə qazandığımız mənəvi bir sınaqdır.
Bu mənada dəyərli "Facebook" dostum Elnur Xəlilin şeiri ilk baxışda sadə təsir bağışlasa da, məcazları, yəni bədii bənzətmələri və daxili fəlsəfi yükü ilə diqqəti cəlb edir. Şair "gecə"ni, daha doğrusu, gecənin bəxş etdiyi tənhalığı və düşüncə mühitini özünə ən sədaqətli dost kimi təqdim edir. Şeirin əsas bədii gücü və təsir qüvvəsi də məhz bu poetik yanaşmada özünü göstərir.
Şeirin əsas ideyası insanın ən səmimi söhbətinin bəzən məhz gecə ilə baş tutmasıdır. Şair də gecəni zahirən qaranlıq, mahiyyətcə isə işıq saçan bir dost kimi təqdim edir.
"Ən sadiq dostumdur gecələr mənim,
Nə olsun üzündə işıq, nur yoxdu.
Zərrəcə təmənna güdmür dostluqda,
Qapqara gözləri olduqca toxdu."
Şair burada zahiri qaranlıqla mənəvi işıq qarşılaşdırır. Gecənin üzü nursuz olsa da, ruhu nurludur. Şair dostluğun zahiri görünüşlə deyil, sədaqətlə ölçüldüyünü vurğulayır. "Qapqara gözləri olduqca toxdu"- misrası isə çox uğurlu bənzətmədi. Burada gecə heç nə ummayan, təmənnasız dost obrazına çevrilir.
Bəsirət gözümü açan da odur,
Yalandan-palandan qaçan da odur,
Zülmətin nurunu saçan da odur,
Baxma ki, qarası ağından çoxdu.
Bu bənd şeirin fəlsəfi zirvəsidir. Burada, - "Bəsirət gözümü açan da odur..."-deməklə, gecəni artıq adi zaman anlayışı kimi yox, insanın özünü dərk etdiyi bir zaman, məktəb kimi göstəri. Gündüz göz açıq olur, gecə isə bəsirət açılır. "Zülmətin nurunu saçan da odur" - misrası paradoks üzərində qurulub. Burada artıq fiziki qaranlıq daxilən mənəvi işığa çevrilir. Bu fikir həm klassik Şərq poeziyasında, həm də sufizmdə tez-tez rast gəlinən bir düşüncədir.
Ayı, ulduzu da mənə doğmadı,
Marağı yatmağa məni qoymadı,
Bir çimdik yuxunu mənə qıymadı,
Görəndə oyağam özü duruxdu.
Bu bənddə isə şair gecənin başqa bir xüsusiyyətini göstərir. Gecə onu yatmağa qoymur. Burada yuxusuzluq fiziki əzab deyil, yaradıcılığın və düşüncənin qiyməti kimi təqdim olunur.
"Bir çimdik yuxunu mənə qıymadı..."- misrasında şair gecənin onu daim düşünməyə, yaratmağa sövq etdiyini göstərir. Gecə sanki hiss edir ki, şair oyaqdır və özü də onunla birlikdə dayanır.
Şeirin son bənd isə sədaqətin yekun təsviridir.
Xəstə günlərimi çox verib yola,
Mənimlə çəkibdir zülmü qol-qola,
Nə sağa sapınıb, nədə ki, sola,
Etibarlı yayda qırılmaz oxdu.
"Nə sağa sapınıb, nədə ki, sola..."- misrasında gecə dönməz, dəyişməz dost kimi təqdim edilir. "Etibarlı yayda qırılmaz oxdu"- bənzətməsi xüsusi diqqət çəkir. Ox düz hədəfə gedən, yay isə ona güc verən vasitədir. Burada gecə insanı doğru düşüncəyə aparan, yolundan sapmayan bir qüvvə kimi mənalandırılır.
Yuxarıda qeyd etdiyim kimi bu şeirin dili çox sadədi, amma axıcı və səmimidir. Şair burada ağır sözlərdən istifadə etməsədə, hər misrasının arxasında dərin həyat müşahidəsi dayanır. Bu da oxucunu düşündürür və şeirə inandırıcılıq qazandırır.
Elnur Xəlilin bu şeiri əslində gecə haqqında deyil. O, insanın tənhalığı, vicdanı, daxili aləmi və özünüdərki haqqında yazılmış fəlsəfi-poetik düşüncədir. Şair demək istəyir ki, insanın ən sadiq dostu bəzən insanlar deyil, onu özü ilə baş-başa qoyan gecələr olur. Çünki məhz gecə yalanın səsi kəsilir, həqiqətin səsi eşidilir.
Yəni, insan gündüz dünyanı tanıyır, gecə isə özünü tanıyır.
Şair dostumuzun "GƏL, BÜTÜN GECƏNİ BOŞAM OTURAQ..."
- misrası ilə başlayan şeiri isə ilk sətirdən səmimi etiraf ovqatı yaradır. Gecə burada təsadüfi zaman deyil. Ədəbiyyatda gecə çox vaxt insanın özü ilə baş-başa qaldığı, maskaların düşdüyü, həqiqətlərin dilə gəldiyi məqam kimi təqdim olunur. Şair də məhz belə bir vaxtda dərdin mahiyyətini danışmağa hazır olduğunu bildirir.
"Dərd necə olur"- ifadəsi şeirin əsas ideyasını daşıyır. Şair dərdi tərif etmir, onu yaşanmış həyatın nəticəsi kimi göstərir. Onun fikrincə, dərdi yalnız çəkən adam həqiqətən anlaya bilər. Buna görə də "Dinləsən bilərsən..." - deməklə oxucunu müşahidəçidən iştirakçıya çevirir.
"Gəl, bütün gecəni boşam oturaq,
Mən sənə danışım dərd necə olur.
Dinləsən bilərsən hansı səbəbdən,
Qəlb dönür daşdan da sərt necə olur."
Şeirin ikinci bəndində isə etiraf motivi güclənir:
"Çox şeyi illərlə gizlətdim səndən,
Bütövü buraxdım yapışdım kəmdən,
Qəm, qüssə kəsildi ömrümə həmdəm,
Göstərmək istədim mərd necə olur."
Şeirin bu də dində olan ilk misralar insanın keçmişinə yönəlmiş özünütənqiddir. Burada müəllif etiraf edir ki, bəzən insan həyatın bütöv mənzərəsini görə bilmir, xırdalıqlara ilişib qalır. "Qəm, qüssə kəsildi ömrümə həmdəm" - misrası isə dərdin artıq keçici hiss yox, həyat yoldaşına çevrildiyini göstərir.
"Gəlsən səhərəcən çox danışacam,
Yadıma düşdükcə çox alışacam,
Sənə göstərməyə mən çalışacam,
Zər qoşa vermirsə nərd necə olur."
Bu bənddə isə nərd sadəcə oyun deyil, taleyin rəmzidir. Zərin qoşa gəlməməsi insanın bəxtinin gətirməməsini, arzularının yarımçıq qalmasını simvolizə edir. Müəllif həyatın həmişə insanın istədiyi kimi olmadığını sadə, lakin təsirli xalq təfəkkürü ilə ifadə edir.
"Dosta vəd verməyin ağırlığını,
Onun sənə qarşı kor, karlığını,
Hələ heç demirəm riyakarlığını,
Görüb birdən adam pərt necə olur."
Elnur Xəlil burada şeirin emosional kulminasiyasını gətirir . Dost anlayışı üzərində qurulan misralar xəyanətin, laqeydliyin və riyakarlığın insan ruhunda yaratdığı sarsıntını göstərir.
Görüb birdən adam pərt necə olur-
misrası psixoloji baxımdan çox canlıdır. Burada "pərt olmaq" utancdan daha artıq məna daşıyır; bu, insanın etibarının sarsılması, inamının qırılmasıdır.
Şeirin son bəndində isə şair, özünü təkcə dərd danışan adam kimi yox, həyat müəllimi kimi təqdim edir. O, "al sifətlər" - ifadəsi ilə ikiüzlü insanları nəzərdə tutur və onların cəmiyyətə vurduğu mənəvi zərəri göstərir. Daha sonra isə çox düşündürücü bir nəticəyə gəlir:
"Gəl gözəl, gəl sənə çox mətləbləri,
Andırım birbəbir al sifətləri,
Şəxsiyyət yetirən fən məktəbləri,
Bir də gör kal qalan fərd necə olur."
Bu misralar şeirin fəlsəfi yükünü tamamlayır. Şair demək istəyir ki, təhsil almaq, məktəb bitirmək hələ şəxsiyyət olmaq demək deyil. İnsan daxilən yetişməsə, mənəvi cəhətdən "kal" qala bilər. Buradakı "kal" sözü yetişməmiş meyvə mənasında işlədilərək insan xarakterinə uğurlu bənzətmə kimi köçürülüb.
Elnur Xəlilin hər iki şeirin əsas mövzusu həyatın insana öyrətdiyi acı həqiqətlərdir. Şair dərdin insan xarakterini necə dəyişdiyini, dostluğun sınaqlarını, taleyin oyunlarını və mənəvi yetkinliyin əsl mahiyyətini səmimi dillə təqdim edir. Şeir mürəkkəb bədii təsvirlərə söykənmir. Şeirin gücü təbii danışıq üslubunda, həyat həqiqətlərini sadə sözlərlə ifadə etməsindədir. Elə buna görə də oxucu misralarda şairin səsini deyil, yaşanmış ömrün nəfəsini eşidir.
Hər iki şeirdə, şair, oxucuya nəsihət vermir. O, sadəcə "gəl, oturaq, danışım" deyir. Bu dəvət səmimiyyət yaradır və oxucu ilə şair arasında etibar körpüsü qurur. Elə buna görə də şeir oxunmur, daha çox dinlənilir. Sanki gecənin səssizliyində edilən uzun bir ömür söhbətinə çevrilir.
Bu söhbətin səmimiyyətində doğan maraq məni Elnur Xəlil yaradıcılığından bu iki şeirə çəkdi və qəlbimdən bu yazı süzülüb qələmin ucundan varaqa düzüldü...
Böyük səmimiyyətlə,
Elxas Comərd.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.
Gündüz gözlər görür, gecə isə qəlb danışır.Gündüz insan cəmiyyətin, qayğıların və müxtəlif səslərin içində yaşayır. Gecə isə onu özü ilə üz-üzə qoyur.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay