Bakı Uşaq və Gənclər Teatrının nəzdində fəaliyyət göstərən “«Günay»” Uşaq Teatrı 23-cü yaradıcılıq mövsümünü uğurla başa vuraraq növbəti teatr ilini zəngin fəaliyyət, yaddaqalan tamaşalar və ictimai əhəmiyyətli layihələrlə tarixə yazdı.

Mövsüm ərzində teatr kollektivi paytaxtın müxtəlif səhnələrində, açıq meydanlarında, muzey və mədəniyyət ocaqlarında çoxsaylı çıxışlar etdi. Teatrın əsas məqsədi uşaqlarda və gənclərdə yüksək mənəvi dəyərlərin, estetik zövqün və vətənpərvərlik hisslərinin formalaşdırılmasına töhfə vermək olub.
İl ərzində kollektiv Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbirlərdə, böyük rus şairi Sergey Yeseninin 130 illik yubileyinə həsr olunmuş proqramda, eləcə də Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş etdirilən “Qarabağ Azərbaycandır” adlı musiqili-ədəbi kompozisiya ilə uğurla çıxış edib.

Teatr eyni zamanda Musiqi Akademiyasının Kiçik zalında bəstəkar Vladimir Şainskinin 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edib. Yeni il günlərində isə Azərbaycan Uşaq Filarmoniyasında nümayiş etdirilən rəngarəng “Qış möcüzələri” şousu balaca tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Mövsümün ən əlamətdar tamaşalarından biri Zərəngiz Mansurovanın “Cavab ver” poeması əsasında hazırlanmış “Biz unutmuruq” tamaşası olub. Xocalı faciəsinə həsr edilən bu səhnə əsəri Azərbaycan dilində hazırlanaraq il ərzində bir neçə dəfə müxtəlif auditoriyalar qarşısında nümayiş etdirilib.
Tamaşa təkcə ölkəmizdə deyil, beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Ötən ilin noyabr ayında ABŞ-da keçirilən Makiavelli adına Beynəlxalq Ədəbiyyat Mükafatının müsabiqəsinə təqdim olunan “Biz unutmuruq” tamaşası "Dram" nominasiyasında I dərəcəli diplomla təltif olunaraq «Günay» Uşaq Teatrına növbəti uğuru qazandırıb.
Mövsüm ərzində Üzeyir Hacıbəyli Ev-Muzeyində, Rus Mədəniyyət Mərkəzində Novruz və Bahar bayramlarına həsr olunmuş tədbirlər də təşkil edilib. Bu tədbirlərə aztəminatlı ailələrin övladları, uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar dəvət olunublar. Beynəlxalq Uşaqlar Günündə isə İçərişəhərdə açıq havada təşkil olunan bayram konserti şəhər sakinləri və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Teatr kollektivi sosial məsuliyyət missiyasını da daim diqqətdə saxlayıb. Ötən ay Daun sindromlu şəxslərin Bərpa Mərkəzində xüsusi konsert proqramı təqdim olunub. Mövsümün bağlanışı ərəfəsində isə kollektiv "Ümid" Uşaq Sığınacağında çıxış edib. Azərbaycan dilində hazırlanan proqram üzərində böyük həssaslıqla çalışılıb. Hər bir səhnə, hər bir detal uşaqların dünyasına sevinc, ümid və səmimiyyət bəxş etmək məqsədilə hazırlanıb. Aktyorların uşaqlarla qurduğu isti və mehriban ünsiyyət həmin görüşləri xüsusilə yaddaqalan edib.
Bununla yanaşı, teatr “Puşkinlə Nizami və bütün zamanların şairləri” layihəsi çərçivəsində keçirilən mədəni tədbirdə də iştirak edib.
Mövsümün son tamaşalarından biri Şuşa Musiqili Dram Teatrının səhnəsində nümayiş etdirilən Üzeyir Hacıbəylinin ölməz operettası “Arşın mal alan” olub. Tamaşaya müxtəlif qonaqlarla yanaşı, Daun sindromlu uşaqlar da dəvət ediliblər. Onların sevinc dolu baxışları və alqışları teatr kollektivi üçün ən böyük mükafatlardan biri sayılıb.
23-cü teatr mövsümünün rəsmi bağlanışı isə Gəncə şəhərində baş tutub. Beləliklə, «Günay» Uşaq Teatrı daha bir yaradıcılıq ilini uğurla yekunlaşdıraraq yeni layihələr və tamaşalar üçün möhkəm təməl formalaşdırıb.
Sonda «Günay» Uşaq Teatrının rəhbəri Larisa Viktorovna Tarusova teatr kollektivi, valideynlər və bütün balaca aktyorlar adından Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılova göstərdiyi diqqət və dəstəyə görə dərin minnətdarlığını bildirib.
23-cü mövsüm bir daha göstərdi ki, «Günay» Uşaq Teatrı təkcə tamaşalar hazırlayan yaradıcı kollektiv deyil. Bu teatr uşaqlara sənəti sevdirən, milli-mənəvi dəyərləri yaşadan, xeyirxahlıq və vətənpərvərlik hisslərini aşılayan böyük bir mədəniyyət ocağıdır. İnanırıq ki, yeni mövsüm də bu uğurlu yolun layiqli davamı olacaq.








Son xəbərlər

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

"Odisseya" rekord qırdı

Hazal Kaya “Uzak şehir”dən imtina etdi

“Hacıqabulda ikinci zavod tikilir” - Prezident

“Bütün bu işlərin necə böyük zövqlə görüldüyünün şahidi olmuşam”

Məlahət Behbudqızı ✍️ : Olacaq

" Ruhların tənhalığı "

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatının son günündə iki medal qazanıblar

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli

Azərbaycanın və Özbəkistanın Xalq artisti: Bu adı daşımaq böyük qürur olmaqla yanaşı, sənət qarşısında ciddi məsuliyyətdir

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

Prezident: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

Prezident İlham Əliyevin Özbəkistan səfəri - Bakı ilə Daşkənd arasında yeni əməkdaşlıq mərhələsi

"Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir" - Hikmət Hacıyev

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31