Ötən gün Qəbələdə Şəmkir rayonundan gələn şəhid ailələri ilə olduqca mənalı, duyğulu və unudulmaz bir görüş keçirildi. Bu görüş sadəcə bir səfər və tədbir deyil, şəhid ailələrini bir araya gətirən, onların dərdini, sevincini, qürurunu və Vətən sevgisini bölüşdürən böyük bir mənəvi birlik nümunəsi oldu.

Şəmkirdən Qəbələyə gələn şəhid anaları və şəhid ailələri ilə ilk olaraq Şəhidlər Xiyabanında görüşdük. Birlikdə şəhidlərimizin əziz xatirəsini yad etdik, onların ruhuna dualar oxuduq və müqəddəs məzarları ziyarət etdik. Şəhid analarının bir-birinə baxışında, söylədiyi hər sözdə həm böyük bir həsrət, həm də sonsuz qürur hiss olunurdu.Daha sonra Qəbələnin igid oğlu, şəhid Ağaşirin Babayevin məzarını ziyarət etdik. Ardınca şəhid Məhəmməd Qarayevin məzarını ziyarət edərək onun da əziz xatirəsini ehtiramla yad etdik. Şəhid məzarları qarşısında insan bir daha anlayır ki, bu torpağın hər qarışının arxasında böyük bir fədakarlıq, böyük bir həyat və böyük bir ailə həsrəti dayanır.
Görüşümüz Qəbələ Rayon İntellektual İnkişaf Mərkəzində davam etdi. Burada general-mayor Polad Həşimovun adına keçirilən, dəyərli yazar Rəna xanımın təşkil etdiyi tədbirdə Şəmkir şəhid ailələri ilə birlikdə iştirak etdik. Bu görüşdə şəhidlərimizin həyat yolu, Vətənə bağlılığı və onların bizə əmanət etdiyi dəyərlər haqqında fikirlər səsləndirildi.
Daha sonra Qəbələnin restoranlarından birində səmimi süfrə arxasında görüşümüz davam etdi. Tədbirin təşkilində Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələrinin, şəhid ailələri ilə çalışan əməkdaşların, eləcə də digər aidiyyəti şəxslərin iştirakı və dəstəyi xüsusi qeyd olunmalıdır. Şəmkir şəhid ailələrinin Qəbələdə qarşılanması və onlara göstərilən diqqət, qayğı və qonaqpərvərlik bu görüşün ən gözəl tərəflərindən biri oldu.
Bu görüşün təşkilində mənim dəvətimlə iştirak edən şəhid ailələrinə məqsədimiz şəhid ailələri arasında mənəvi bağların daha da möhkəmlənməsinə, onların bir-birinin sevincinə və kədərinə şərik olmasına töhfə vermək idi. Çünki şəhid ailələri arasında qurulan hər bir dostluq, hər bir görüş bizim üçün böyük mənəvi dəyər daşıyır.
Tədbirimizi Qəbələ TV-nin çəkiliş qrupu da işıqlandırdı. Media nümayəndələrinin iştirakı ilə bu gözəl günün xatirələri yaddaşlarda qalacaq şəkildə lentə alındı.
Bu gün həm də bizim üçün xüsusi bir gün idi. Qəbələ şəhidi Məmməd Qarayevin anası, dəyərli Könül müəllimənin doğum gününü də birlikdə qeyd etdik. Şəhid anasının doğum gününü belə bir mənəvi məclisdə, şəhid analarının əhatəsində qeyd etmək həm duyğulu, həm də çox anlamlı oldu. Könül müəlliməyə möhkəm can sağlığı, uzun ömür və övladının adı ilə qürur duyacağı neçə-neçə gözəl gün arzuladıq.
Şəmkirli şəhid analarının Qəbələdən xoş təəssüratlarla, yüksək əhval-ruhiyyə ilə ayrılması bizim üçün ən böyük sevinc oldu. Onlar Qəbələnin gözəlliyindən, insanlarının səmimiyyətindən, qonaqpərvərliyindən və burada gördükləri diqqət və qayğıdan böyük məmnunluqla danışdılar. Öz övladlarının qəhrəmanlıq yolundan qürurla söz açdılar və bir daha göstərdilər ki, şəhid analarının qəlbində övlad həsrəti ilə yanaşı, sonsuz bir qürur da yaşayır.
Bu gün biz bir daha gördük ki, şəhid ailələri üçün məsafələrin heç bir əhəmiyyəti yoxdur. Qəbələ ilə Şəmkir arasında yollar uzaq ola bilər, amma şəhidlik, Vətən sevgisi və ana qəlbi insanları bir-birinə çox yaxınlaşdırır.
Bu görüşdə iştirak edən, təşkilinə və keçirilməsinə dəstək olan hər kəsə təşəkkür edirəm. Qəbələyə gələn əziz Şəmkir şəhid ailələrinə isə deyirəm: Siz Qəbələyə qonaq kimi gəlmədiniz, doğma insanlar kimi gəldiniz. Bu torpaqda sizin övladlarınızın da adı, izi və əmanəti var.
Qoy şəhidlərimizin ruhu şad, məqamları uca olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların əziz ailələrinə səbir, can sağlığı və uzun ömür versin.
Şəhid ailələrinin birliyi bizim mənəvi gücümüz, şəhidlərimizin xatirəsi isə bizim müqəddəs əmanətimizdir.

Təranə Almemmedova
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri






Son xəbərlər

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

"Odisseya" rekord qırdı

Hazal Kaya “Uzak şehir”dən imtina etdi

“Hacıqabulda ikinci zavod tikilir” - Prezident

“Bütün bu işlərin necə böyük zövqlə görüldüyünün şahidi olmuşam”

Məlahət Behbudqızı ✍️ : Olacaq

" Ruhların tənhalığı "

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatının son günündə iki medal qazanıblar

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli

Azərbaycanın və Özbəkistanın Xalq artisti: Bu adı daşımaq böyük qürur olmaqla yanaşı, sənət qarşısında ciddi məsuliyyətdir

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

Prezident: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

Prezident İlham Əliyevin Özbəkistan səfəri - Bakı ilə Daşkənd arasında yeni əməkdaşlıq mərhələsi

"Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir" - Hikmət Hacıyev

Prezident vəzifəsinə yenidən seçilmək hüququm var - Tokayev

Prezidentlə xanımı Ümummilli Liderin memorial kompleksini ziyarət etdilər

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31