Xəbərlər
23.08.2026, 12:13
RƏNGLƏRİN VƏ MÖCÜZƏLƏRİN NAĞIL DÜNYASI
Əziz valideynlər, müəllimlər və balaca oxucular!
Böyük sevinc hissi ilə sizə yeni kitabımı – “Rənglərin və Möcüzələrin Nağıl Dünyası” adlı əsərimi təqdim edirəm.
Bu kitab uşaqların xəyal dünyasını zənginləşdirmək, onların qəlbində mərhəmət, dostluq, sevgi, xeyirxahlıq və təbiətə bağlılıq hisslərini gücləndirmək məqsədi ilə qələmə alınmışdır. Burada hər bir nağıl balaca oxucunu yeni bir aləmə aparır, ona həyatın gözəlliklərini, yaxşılığın gücünü və saf duyğuların dəyərini öyrədir.
Kitabın səhifələrində uşaqları Bahar Qızı, Buz Oğlan, Ağ Kəpənək, Heyvanların Padşahı Aslan, Fillər, Dovşanın doğum günü, Gözəl Fatimə və Yeddi Liliput, Dörd Fəsil kimi bir-birindən maraqlı və sevimli qəhrəmanlar qarşılayır. Hər bir obraz öz davranışı, düşüncəsi və macərası ilə uşaqlara həyat dərsi verir, onları düşünməyə və öyrənməyə sövq edir.
Bu kitabın əsas mesajı sadə, lakin çox dəyərlidir:
“Hər nağıl bir qapıdır. O qapını açan uşaq rənglərin içində möcüzəni, möcüzələrin içində isə yaxşılığın işığını tapar.”
İnanıram ki, bu əsər balaca dostlarımızın ən sevimli kitablarından birinə çevriləcək, onların xəyal qanadlarını daha da gücləndirəcək və gələcəyə inamla addımlamalarına töhfə verəcəkdir.
Bütün oxucularımı bu sehrli səyahətə dəvət edir, kitabın hər bir səhifəsində sevgi, işıq və möcüzə tapmağınızı arzulayıram.
Müəllif:
Qazeteçi,şair,araşdırmaçı yazar, AJB üzvü,zefernews.az saytının rəhbəri, "Zəfər Yolu" İctimai birliyinin sədri, Dünya Afşarlar Dərnəyinin Azərbaycan Təmsilçisi, Ölümsüz Kahramanlar Federasiyasının Azərbaycan Təmsilçisi, Türkiyənin Anasan Yazarlar Birliyinin,Daqistan Respublikası Ədəbiyyatçılar Birliyinin,Azərbaycan Təmsilçisi,Turan Yazarlar Birliyinin üzvü
Pərvanə Salmanqızı Abdullayeva.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay