Xəbərlər
23.08.2026, 11:26
Altun Süleymanov: Fidan Hacıyevanın gənclərə verdiyi dəstək böyük əhəmiyyət daşıyır
Azərbaycanın opera sənətində öz dəst-xətti və məktəbi ilə seçilən Xalq artisti Fidan Hacıyevanın gənc ifaçılara göstərdiyi diqqət və dəstək xüsusi qeyd olunmalıdır. Onun rəhbərlik etdiyi Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin həyata keçirdiyi layihələr və beynəlxalq səviyyəli tədbirlər gənc vokalçıların peşəkar inkişafı üçün mühüm imkanlar yaradır.
Mənim üçün də belə böyük sənət platformasında iştirak etmək xüsusi əhəmiyyət daşıyır. Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalında iştirakçı kimi yer almağım Azərbaycan opera sənətinin gənc nümayəndəsi olaraq yaradıcılıq fəaliyyətimdə mühüm mərhələlərdən biridir.
İnanıram ki, bu festival təkcə tanınmış sənətçiləri bir araya gətirməyəcək, eyni zamanda gənc istedadların öz potensialını nümayiş etdirməsi, yeni təcrübə qazanması və peşəkar sənət mühitinə daha yaxından inteqrasiya olunması üçün geniş imkan yaradacaq.
Fidan Hacıyevanın gənclərə verdiyi bu dəstək və onların sənət yolunda inkişafına yaratdığı şərait təqdirəlayiqdir. Belə təşəbbüslər Azərbaycan vokal sənətinin gələcəyinə qoyulan dəyərli sərmayədir.
III Beynəlxalq Opera Festivalının bütün iştirakçılarına uğurlar arzulayır, bu möhtəşəm sənət bayramının Azərbaycan mədəniyyətinə yeni töhfələr verəcəyinə inanıram.
Altun Süleymanov
Gənc opera ifaçısı, tenor
Azərbaycan Milli Konservatoriyasının məzunu

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay