Xəbərlər
22.08.2026, 23:32
İpoteka ilə ev almaq istəyənlərin nəzərinə - Seçim imkanı var
İpoteka və Kredit Zəmanət Fondu güzəştli mənzil seçimi prosesində vətəndaşlar üçün yeni imkanlar yaradıb.
"Unikal" xəbər verir ki, yeniliklər mənzillərin daha rahat axtarılmasına və seçim zamanı müxtəlif meyarlardan istifadə edilməsinə şərait yaradır.
Bəs yeni seçim imkanları güzəştli mənzil əldə etmək istəyən vətəndaşların prosesdə iştirakını nə dərəcədə asanlaşdıracaq? Bu dəyişikliklər sistemdə şəffaflığın və vətəndaşlar üçün bərabər seçim imkanlarının artırılmasına necə təsir göstərə bilər?
Bu barədə Demokrat.az-a açıqlama verən əmlak eksperti Anar Nəsirov bildirib ki, güzəştli mənzillərin verilməsində demək olar ki, insan faktoru rol oynamayacaq.
Onun sözlərinə görə, hər hansı bir maneənin, o cümlədən süni maneələrin yaranması və insanların digər problemlərlə qarşılaşması mümkün olmayacaq:
“Vətəndaşlar daha şəffaf və rahat şəkildə öz evlərindən və ya iş yerlərindən seçimlərini edə biləcəklər.
Bu, daha çox şəffaflığa və ədalət prinsipinə xidmət edəcək. Çünki seçim prosesində insan faktoru olmadığı üçün vətəndaşlar öz seçimlərini daha rahat və şəffaf şəkildə edə biləcəklər.
Çünki burada insanların qarşılaşdığı bəzi maneələr artıq ortadan qaldırılıb. Konkret olaraq, vətəndaş müraciət etdiyi sayta daxil olaraq “ASAN İmza” və ya “SİMA” vasitəsilə sistemə daxil olur və orada müvafiq kateqoriyanı müəyyənləşdirməklə istədiyi mənzili seçmək hüququ əldə edir.
Düşünürəm ki, prosesin daha şəffaf və insan faktoru olmadan həyata keçirilməsi vətəndaşların güzəştli mənzillərə daha rahat çıxışını təmin edəcək. Bu da insanların güzəştli mənzillərə marağını daha da artıracaq. Nəticədə bu tip mənzilləri əldə etmək istəyənlərin sayında artım müşahidə edilə bilər.
Şəffaflıq və ədalət prinsiplərinin təmin edilməsi, həmçinin hər kəs üçün bərabər seçim imkanının yaradılması nəticəsində bu tip mənzillərə müraciət edənlərin sayında da artım müşahidə edilə bilər.
İnsan faktoru olmadığı üçün vətəndaşlar seçimlərini heç bir tərəddüd və maneə olmadan, rahat və ədalətli şəkildə həyata keçirə biləcəklər. Məhz bu səbəbdən güzəştli mənzillərə tələbatın artacağını düşünürəm.
Əvvəlki sistemdə vətəndaşlar müxtəlif səbəblərdən bu imkanlardan istifadə edə bilmirdilərsə, indi həmin maneələr ortadan qaldırılıb. Yəni konkret desək, vətəndaşın və ya alıcının qarşısında seçim imkanı var. O, seçimini öz istəyinə uyğun həyata keçirə və heç bir maneə ilə qarşılaşmaya bilər”.
Anar Nəsirov əlavə edib ki, burada seçimin konkret olaraq vətəndaşın öz əlində olması hazırkı ipoteka və güzəştli mənzil sistemində bu mənzilləri əldə edən insanların sayının artmasına səbəb ola bilər:
“Bu tip mənzillərin satışında şəffaflıq prinsipinin əsas götürülməsi həmin mənzillərə marağı daha da artıracaq.
Şəffaflığın bu şəkildə təmin olunması güzəştli mənzillərə marağı daha da artıracaq. Çünki ədalət prinsipinin təmin edilməsi və vətəndaşın istədiyi mənzili seçə bilməsi prosesi asanlaşdırır. Bu da həmin kateqoriyaya aid mənzillərə marağın artmasına səbəb olacaq.
Əvvəllər vətəndaşların belə rahat seçim imkanı olmadığı üçün insanların güzəştli mənzillərə o qədər də inamı yox idi. Amma burada konkret olaraq insan faktoru olmadığı üçün vətəndaşların buna inamının bərpa ediləcəyini və güzəştli mənzillərə müraciət edənlərin sayında artım müşahidə olunacağını düşünürəm.
Vətəndaşlar seçimlərini rahat və şəffaf şəkildə həyata keçirə bildikləri üçün bu, onların marağını artıracaq və güzəştli mənzillərin əldə edilməsi üçün daha çox vətəndaşın müraciət etməsinə səbəb olacaq.
Burada şəffaflıq və ədalət prinsipləri təmin olunduğu üçün güzəştli mənzillərin əldə edilməsinə vətəndaşların marağı artacaq. Nəticədə bu kateqoriyaya aid mənzillərə müraciət edənlərin sayında əvvəlki illərlə müqayisədə əhəmiyyətli artım qeydə alına bilər”, - deyə ekspert fikrini tamamlayıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay