İtaliyanın Salerno şəhərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan Avropa Universitet Oyunlarında Azərbaycan stolüstü tennis və futzal üzrə təmsil olunub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, futzal yarışlarında ölkəmizi Azərbaycan Tələbə Liqasının 2025/2026-cı illər mövsümünün qalibi olan Azərbaycan İdman Akademiyasının komandası təmsil edib.

Komanda yarış ərzində İspaniya, Norveç, Portuqaliya kollektivlərini məğlub edərək final mərhələsinə yüksəlib və turniri ikinci yerdə başa vurub. Yarışın yekununda komandamızın üzvü Ədalət Ələkbərov turnirin simvolik ən yaxşı beşliyinə seçilib.

Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının komandası Avropa Universitet İdmanı Assosiasiyasının (EUSA) təşkil etdiyi yarışlarda ötən il Avropa çempionu adına layiq görülmüş, bu il isə ardıcıl ikinci dəfə finala yüksələrək turniri ikinci yerdə başa vurub.

Komandanın Avropa Universitet Oyunlarında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə təmin olunub.


Son xəbərlər

Cəlilabad ədəbi mühitinin öz ziyalısına təşəkkürü

Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

Yaponlar niyə yerdə yatır? - Yataqsız evlərin sirri

Azərbaycan futzal komandası Avropa Universitet Oyunlarında ikinci olub

BDYPİ isti hava ilə bağlı sürücülərə xəbərdarlıq etdi

Bu məhsulları soyuducuda saxlamaq olmazmış - Ekspert səbəbləri açıqladı

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanıldı

Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub

Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb

Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq

QAÇILMAZ FACİƏlƏRƏ SƏBƏB OLA BİLƏCƏK BU HALLARIN QARŞISI ALINMALIDIR

Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb

Özü yıxılan ağlamaz, Hikmət...

Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq

Dənizə gedənlərin nəzərinə!

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - Detallar

Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB

Uzun fasilədən sonra əkizlərinin şəklini paylaşdı

Həsənxan Əsədov : Baxt yazanda mənə sarı baxdımı? - FOTO

FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib

BU DA BİR TALE PAYIDIR... - FOTOLAR

Yəmənin Hudeyda şəhəri hava hücumlarına məruz qalıb

"Barselona"nın "Qamper kuboku"ndakı rəqibi bəlli oldu

İranla danışıqlar apardıqlarını bildirdi

“Bəsdirin, öz həyatınızla məşğul olun”

17 il əvvəl ölən müxalifət ldierinə sui-qəsd ediblərmiş - Foto

Yeni layihəsi bəlli oldu

Gəmiylə Yunanıstana qaçacaqmış - Haluk Leventin saxlanılma səbəbi

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031