Xəbərlər
19.07.2026, 14:33
Göygöl rayonunda “Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində yekun tədbir keçirilib - FOTOLAR
Abbas Əli oğlu Bağırov (GÖYÇƏGÖL)
Tibb üzrə fəlsəfə doktoru,
Qələbə Tibb Mərkəzi MMC-nin direktoru,Həkim provizor
Tədbirin əsas məqsədi Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin zəngin yaradıcılıq irsini geniş ictimaiyyətə, xüsusilə gənc nəslə tanıtmaq, onun milli-mənəvi dəyərlərimizin formalaşmasındakı rolunu təbliğ etmək, Qərbi Azərbaycan aşıq məktəbinin yaşadılması və gələcək nəsillərə ötürülməsinə töhfə vermək olub.
Tədbirin aparıcısı "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin İdarə Heyətinin üzvü Taleh Əliyev iştirakçıları salamlayaraq proqramı açıq elan edib. Əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca layihə çərçivəsində hazırlanmış Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Aşıq Ələsgərin Azərbaycan xalqının milli-mənəvi sərvətlərinin qorunmasında və inkişafında müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, ustad sənətkarın zəngin irsi əsrlər keçsə də öz aktuallığını qoruyub saxlayır, milli kimliyimizin, vətənpərvərlik ruhunun və yüksək mənəvi dəyərlərimizin formalaşmasına mühüm töhfə verir. Natiq çıxışında Aşıq Ələsgər irsinin dövlət tərəfindən daim yüksək qiymətləndirildiyini, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə böyük sənətkarın yubileylərinin dövlət səviyyəsində qeyd edildiyini, Prezident cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla Aşıq Ələsgərin 200 illik yubileyinin geniş şəkildə qeyd olunduğunu və Bakıda abidəsinin ucaldılmasının bu böyük şəxsiyyətə verilən yüksək dəyərin bariz nümunəsi olduğunu vurğulayıb. O, keçirilən layihənin Aşıq Ələsgər irsinin, xüsusilə Qərbi Azərbaycan aşıq məktəbinin daha geniş təbliğinə mühüm töhfə verəcəyini qeyd edərək layihənin təşkilatçılarına təşəkkürünü bildirib.
"Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi, layihə rəhbəri Xətai Ələsgərli çıxışında ustad sənətkarın həyat yolu və zəngin yaradıcılığı haqqında geniş məlumat verib. O, Aşıq Ələsgərin poeziyasından nümunələr səsləndirərək onun yaradıcılığında vətən sevgisinin, mənəvi saflığın, insanpərvərliyin, milli dəyərlərin və yüksək əxlaq prinsiplərinin xüsusi yer tutduğunu bildirib. Xətai Ələsgərli həmçinin dövlət tərəfindən Aşıq Ələsgər irsinin qorunması və təbliğinə göstərilən xüsusi diqqət və qayğıdan danışaraq həyata keçirilən layihələrin bu irsin gələcək nəsillərə çatdırılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
"Dədə Ələsgər Ocağı" İctimai Birliyinin İdarə Heyətinin üzvü, tibb elmləri doktoru, professor İbadulla Ağayev çıxışında Aşıq Ələsgərin yaradıcılığının dərin fəlsəfi və mənəvi məzmunundan bəhs edib. O qeyd edib ki, ustad aşığın şeirləri yalnız bədii-estetik baxımdan deyil, həm də insanlara düzgün həyat yolu göstərən, milli-mənəvi dəyərləri yaşadan, gənclərin vətənpərvərlik və yüksək mənəviyyat ruhunda tərbiyəsinə xidmət edən qiymətli irsdir.
"Dədə Ələsgər irsinin tədqiqi və təbliği Mərkəzi"nin direktoru, tibb üzrə fəlsəfə doktoru Hacı Abbas Bağırov rəhbərlik etdiyi mərkəzin fəaliyyəti haqqında məlumat verərək bildirib ki, mərkəzin əsas məqsədi Aşıq Ələsgərin zəngin irsinin sistemli şəkildə araşdırılması, elmi dövriyyəyə gətirilməsi, yeni nəşrlərin hazırlanması, elmi konfransların təşkili və bu irsin ölkə daxilində və beynəlxalq müstəvidə geniş təbliğ olunmasıdır. O qeyd edib ki, belə layihələr Aşıq Ələsgər yaradıcılığına marağın artırılması və milli-mədəni irsimizin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Şair, publisist və ədəbiyyatşünas Salman Balakişiyev çıxışında Aşıq Ələsgərin çoxşaxəli yaradıcılığından bəhs edərək onun Azərbaycan aşıq poeziyasının zirvə şəxsiyyətlərindən biri olduğunu bildirib. Qeyd olunub ki, Aşıq Ələsgər özündən sonra zəngin sənət məktəbi formalaşdırmış, yaratdığı poetik irs və sənət ənənələri bu gün də aşıq sənətinin inkişafına istiqamət verir. Onun əsərlərində xalqın milli ruhu, mənəvi dəyərləri, vətən sevgisi və insanlıq idealları yüksək bədii ustalıqla əks olunub.
Rəsmi hissədən sonra tədbir bədii proqramla davam edib. Azərbaycanın tanınmış aşıqları – Əməkdar mədəniyyət işçisi, görkəmli aşıq Fətulla Göyçəli və digər ustad aşıqlar Ələddin Göyçəli, Elbrus Hüseynov, Şöhrət Kərimov və Ayaz Hacıyev Aşıq Ələsgərin sözlərinə bəstələnmiş el havalarını, dastanlardan parçaları və klassik aşıq musiqisi nümunələrini ifa ediblər. Sənətkarların təqdim etdiyi musiqi nömrələri tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tədbirin sonunda vurğulanıb ki, "Aşıq Ələsgərin anım tədbirləri" layihəsi Azərbaycan xalqının zəngin mədəni irsinin qorunması, Aşıq Ələsgər yaradıcılığının geniş təbliği, Qərbi Azərbaycan mədəni irsinin yaşadılması və milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Layihənin həyata keçirilməsi Aşıq Ələsgər irsinə marağın daha da artırılmasına, Azərbaycan aşıq sənətinin təbliğinə və gənclərin milli-mənəvi ruhda tərbiyəsinə mühüm töhfə verəcək.

18 iyul 2026-cı il tarixində Göygöl rayon Mədəniyyət Mərkəzində Göygöl Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Dədə Ələsgər Ocağı" İctimai Birliyi tərəfindən həyata keçirilən “Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində yekun tədbir keçirilib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay